“WhatsApp” yeni xidmətini istifadəçilərinə təqdim etməyə hazırlaşır. Belə ki, artıq videolara yardımçı pəncərədə baxmaq imkanı verən “təsvir içində təsvir” funksiyası işə salınır.
Yenilik “iOS” üçün “WhatsApp”da 24.7.10.73 nömrəsi altında görünüb.
Tətbiqin beta versiyasını quraşdıranlar “TestFlight” xidməti vasitəsilə üzən pəncərə rejimində “WhatsApp”a göndərilən “YouTube” və “Instagram”dan videolara baxa bilərlər.
Gələcəkdə funksiya birbaşa mesencerə yüklənmiş videofayllarla da işləyəcək.
Hələlik funksiya videoya baxışı yalnız proqram daxilində məhdudlaşdırır; iş masasına çıxmaq və ya başqa proqramı açmağa cəhd etdikdə videonun olduğu pəncərə bağlanacaq. Bunun gələcəkdə düzəldiləcəyi - videoya baxmağa dayanmadan smartfonun bütün funksiyalarından istifadə etmək mümkün olacağı gözlənilir.
Yeni “təsvir içində təsvir” video funksiyası hazırda inkişaf mərhələsindədir və yalnız beta testində mövcuddur.
Yeniliyin bütün “WhatsApp” istifadəçiləri üçün dəqiq nə vaxt işləyəcəyi barədə məlumat verilmir.

Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası