“Türkiyə-Azərbaycan Universitetinin binası Bakıda yox, regionda tikilsin”.
AvroMedia.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.
“Azərbaycanda bu gün daha çox texniki və informasiya texnologiyaları ilə əlaqədar universitetin yaradılmasına ciddi ehtiyac var. Türkiyə-Azərbaycan Universitetinin Bakıda tikilməsi planlaşdırılır. Təklif edirəm ki, bu bina Bakıda yox, regionda tikilsin. Ümumiyyətlə, təhsil ocaqlarını yavaş-yavaş regionlara yaymaq lazımdır.
Hesab edirəm ki, biz bu universiteti yaradarkən, bunu qardaş ölkə ilə universitet yaratmaq xatirinə etməməliyik. Həmin təhsil ocağı Türkiyə-Azərbaycan Texniki Universiteti olsun. Daha peşəkar və prestijli universitetlər yaratmaqla, Azərbaycan təhsilinin gələcəyinə töhfə verə bilərik”, - deyə deputat vurğulayıb.

Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası