Boşanmaq istəyənlərin NƏZƏRİNƏ
Tarix: 4-04-2024, 16:09
Baxılıb: 3 247
Google+ Paylaş
Tumblr Paylaş

Boşanmaq istəyənlərin NƏZƏRİNƏ

4-04-2024, 16:09

Azərbaycan ailələrində boşanmadan sonra yaranan ən böyük problem əmlak bölgüsü zamanı meydana gəlir. Bu gün məhkəmələrdə araşdırılan işlərin böyük qismi məhz boşanma zamanı yaranan əmlak mübahisələri ilə əlaqədardır.
Maraqlıdır, qanunda bununla bağlı nələr nəzərdə tutulub?
AvroMedia.az xəbər verir ki, bununla bağlı Sfera.az-a açıqlama verən vəkil Vamiq Şükürov deyib ki, ilk növbədə əmlaklar birgə nikah dövrü müddətində əldə olunmalıdır:
“Yəni, nikaha daxil olduğumuz tarixdən boşanan tarixə qədər həmin əmlakları əldə edə bilərik. Bunlar həm də birgə qazanc hesabına əldə olunmalıdır. Bu zaman qadının işləməsi, onun hesabına əmlakın alınması və ya əksinə, kişinin işləməsi və onun hesabına əmlakın alınması, digər tərəfin işləməməsinin heç bir əhəmiyyəti yoxdur”.
Müsahibimiz bildirib ki, birgə nikah dövründə qadına və ya kişiyə hər hansı əmlak vərəsəlik qaydasında keçirsə, bağışlanırsa, digər əvəzsiz qaydada ona əmlak verilirsə, bu, bölünə bilməz:
“Çünki bu, nikah dövründə tərəflərin birgə qazancı hesabına formalaşmayıb. Həmçinin qeyd etmək lazımdır ki, boşandıqdan sonra boşanma tarixindən başlayaraq üç il ərzində əmlakın bölünməsini tələb edə bilərik. Əgər 3 il ərzində bölünməni tələb edə bilmiriksə, qarşı tərəf etiraz edərək iddia müddətini ötürdüyümüzü bildirə və ərizə verərsə, təbii ki, hakim iddiamızı rədd edə bilər”.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ