Küçəyə atılan professor üçotaqlı mənzilə yerləşdirildi
Tarix: 2-04-2024, 18:24
Baxılıb: 3 586
Google+ Paylaş
Tumblr Paylaş

Küçəyə atılan professor üçotaqlı mənzilə yerləşdirildi

2-04-2024, 18:24

“Professor Fazil Qaraoğlu ilə bağlı yeni məlumat var. Bu vaxta qədər onunla bağlı yardım kampaniyası nəticəsində 37962 manat məbləğində vəsait yığılıb. İanələr davam edir. Yardım etmək istəyənlər hələ çoxdur”.
AvroMedia.az xəbər verir ki, bunu yardım kampaniyasının təşəbbüskarı – “Qanun” nəşriyyatının sahibi Şahbaz Xuduoğlu bildirib.
 
“Fazil bəy MİDA-nın Yeni Yasamaldakı sosial binasının 3 otaqlı mənzilinə yerləşdirilib. Bu gün yır-yığış işləri gedir, narahat etmək istəmədim. Sabah ona baş çəkib əlavə məlumat verəcəm.
Xatırladım ki, Fazil Qaraoğlu ilk dəfə Quranı Azərbaycan və rus dillərinə tərcümə edib. Osmanlı arxivlərindən erməni məsələsinə aid fakt və sənədlərlə 5 tonluq kitablar yazıb. 17 ildir Bakıda kirayədə yaşayır. Son yaşayış mənzilinin kirayə haqqını ödəyə bilmədiyi üçün 50 min kitabı ilə evdən küçəyə atılmışdı. O, 5 gecə küçədə gecələyib”, – Şahbaz Xuduoğlu qeyd edib.
Onun sözlərinə görə, bazar günü Fazil Qaraoğlu ilə bağlı sosial şəbəkələrdə paylaşım edəndən sonra insanlar həssaslıq göstərdilər və alimə yardım etməyə başladılar.
Heydər Əliyev Fondu alimin bir illik kirayə haqqını öz üzərinə götürüb.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ