Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda hamiləliyin 27-ci həftəsində ağır vəziyyətdə dünyaya gələn körpə 2.5 aylıq müalicədən sonra ağır vəziyyətdən çıxarılaraq müalicəsinin davamı üçün Elmi-Tədqiqat Pediatriya İnstitutuna köçürülüb.
AvroMedia.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
“Vaxtından əvvəl dünyaya gələn 900 qram çəkidə olan körpə dərhal vəziyyəti ilə əlaqədar Yenidoğulmuşların reanimasiya və intensiv terapiyası şöbəsinə köçürülüb. Həkim-neonatoloq Kövsər Azadəliyeva və tibbi heyətin nəzarəti altında stasionar nəzarətdə olan körpəyə aparılan 2.5 aylıq müalicədən sonra həyatının 70-ci günündə nevroloji simptomların müayinə və müalicəsi ilə bağlı Elmi-Tədqiqat Pediatriya İnstitutuna köçürülüb”, – bildirilib.

Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb