Maştağa qəsəbəsində yolların vəziyyəti acınacaqlıdır. Qəsəbənin bir çox küçələri istifadə edilməz haldadır.
Mərkəz küçələrdən sayılan, məşhur "AĞA MEYDAN"ından keçən mərkəzi yolları birləşdirən küçənin alternativ yol olmasını nəzərə alsaq, həqiqətən bu yolun keçilməz olduğu göz qabağındadır. 2-3 il əvvəl əsas mərkəzi yollar və bir sıra məhəllə yollarına asfalt örtüyü çəkilsə də mərkəzi yola birləşən məşhur "AĞA MEYDAN"ından keçən mərkəzi yolları birləşdirən yol təmirsiz qaldı ki, bu da əhalinin haqlı narazılığı ilə qarşılandı.Hətta 6-7 kəndi birləşdirən Zabrat-Maştağa yolu çox pis vəziyyətdədir, bu isə yol hərəkət qaydalarının pozulmasına, qəzalara səbəb olur. Görəsən təm-təraqlı bağlarına gedən vəzifəlilər, "Azəravtoyol"un nəzarətçiləri, İH-nin başçısı bu yoldan keçəndə nə fikirləşirlər? Bəlkə onlar başqa yollarla gedirlər və ya bəlkə yolları bu yana düşmur.
Baxmayaraq ki, ölkə başçısı hər il Bakı kəndlərinin abadlaşması üçün maliyyə ayırır, amma bu işlər ala-yarımçıq qalır. Buda yağışlar yağdıqdan sonra, sakinlərin istər avtomobillə istərsədə piyada hərəkətlərinə maneə törədir.Bununla bağlı aidiyyatı qurumların tədbir görəcəyinə ümid edirik.
Bilman İSAQ![]()
![]()
![]()
![]()
![]()

Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası