“Toyota Corolla” ilk dəfə olaraq dünyada ən çox satılan avtomobillər reytinqində liderliyini itirib.
AvroMedia.az xəbər verir ki, bu barədə martın 25-də “Avtostat” analitik agentliyi focus2move layihəsinə istinadən məlumat yayıb.
Qeyd edilib ki, 2023-cü ilin sonunda qlobal bazarda liderliyi Tesla Model Y elektrik avtomobilinə nəsib olub. Bu avtomobilin satışı 1,15 milyon ədəd təşkil edib və 50,8% artıb. Toyota Corolla 1,13 milyon avtomobil satıb (-1,1%) və ikinci yerə düşüb.
Üçüncü yeri Toyota RAV4 krossoveri (934,9 min ədəd; +5,9%) tutub. Dördüncü yerdə Ford F-Series pikap (901,6 min ədəd; +13,4%), ikinci yerdə Honda CR-V (718,4 min ədəd; +18%) qərarlaşıb.
Ötən ilin sonunda qlobal satış reytinqində ilk onluğu “Chevrolet Silverado”, “Toyota Camry”, “Hyundai Tucson”, “Toyota Hilux” və “Ram pick-up” tamamlayıb.
Rəsmiyyə Şərifova,
KONKRET.az

"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq
Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb