Moskva terrorizmdə ittiham olunanların işgəncəyə məruz qalması faktını şərh etmir
Tarix: 25-03-2024, 14:49
Baxılıb: 3 259
Google+ Paylaş
Tumblr Paylaş

Moskva terrorizmdə ittiham olunanların işgəncəyə məruz qalması faktını şərh etmir

25-03-2024, 14:49

Kreml martın 23-də “Crocus City Hall”da terror aktında ittiham olunanların həbsindən sonra onlara işgəncə verilməsi ilə bağlı xəbərlərin şərhindən imtina edib.

AvroMedia.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Mən bu sualı cavabsız qoyacağam” deyib.

O, Rusiyada qadağan olunmuş və terror qruplaşması kimi tanınan “İslam Dövləti”nin hücumda əli olmasının versiyalar arasında niyə xatırlanmadığına dair sualı “istintaqın hələ də davam etməsi” izahı ilə cavablandırıb.

Basmannı məhkəməsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı keçirilən iclasa Raçabalizod Saidakrami başına əski tutaraq gətizdirilir. Təqsirləndirilən Məhəmmədsobir Fayzov məhkəmə zalına əlil arabasında xəstəxanadan gətirilib.

Qeyd edək ki, sosial şəbəkələrdə məhbuslara oxşar insanlara işgəncə verilməsini əks etdirən video və fotolar yayılıb.

Xatirə SADİQ,

KONKRET.azскачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ