Rusiya kəşfiyyatı terrorla bağlı ABŞ-dən məlumat aldığını təsdiqləyib
Tarix: 23-03-2024, 15:15
Baxılıb: 2 921
Google+ Paylaş
Tumblr Paylaş

Rusiya kəşfiyyatı terrorla bağlı ABŞ-dən məlumat aldığını təsdiqləyib

23-03-2024, 15:15

Rusiya xüsusi xidmət orqanları ABŞ-dən terror aktının hazırlanması barədə, həqiqətən, məlumat alıblar.
Bu barədə Rusiya kəşfiyyat xidmətlərindəki mənbə bildirib.
Qeyd olunub ki, bu məlumat ümumi xarakter daşıyıb:
“Belə məlumatlar olub, amma konkret heç nə olmayıb”.
Məlumata görə, ABŞ Milli Təhlükəsizlik Şurasının Mətbuat Xidmətinin rəhbəri Edrien Uotson cümə günü bildirib ki, mart ayında ABŞ hökuməti Moskvada gözlənilən terror aktı ilə bağlı xəbərdarlıq edib.
Qeyd olunub ki, bu terror aktı kütləvi toplantılar, o cümlədən konsert keçirilən ərazilərdə ola bilər.
Xatırladaq ki, ötən axşam Moskvada “Crocus City Hall” konsert mərkəzində terror aktı baş verib. Hadisə nəticəsində 100-dək adam ölüb. Hadisə ilə bağlı 11 nəfər saxlanılıb.
Mənbə: TASS 
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ