İgidlərin Cavanşiri!
Tarix: 25-10-2023, 23:58
Baxılıb: 2 623
Google+ Paylaş
Tumblr Paylaş

İgidlərin Cavanşiri!

25-10-2023, 23:58

Şəhadət iftixarımız! Şəhidlikdir şüarımız!
Oxuyan gözlərə böyük ehtiram!

Şəhidlər – dünənimizin qəhrəmanlıq simvolu, bu günümüzün qeyrət salnaməsi, sabahımızın əbədi örnək təmsilçisidir. Şəhidlər – qaranlıq keçmişimizdən işıqlı sabahımıza boylanan azadlıq pöhrələri, yüksəlişə, ucalığa can atan qəlb dünyamızdırlar. Şəhidlər – qəlblərdə azadlıq, istiqlal işığı yandıraraq əsarət buxovlarını qırıb dağıdan mərd igidlər, elimizin-obamızın ən qeyrətli ərləri, xalqımızın vüqarıdırlar. Şəhid olmağı özünə şərəf bilən hər kəsin daxilində yüksək vətənpərvərlik, cəsurluq, müsbət əxlaq, əqidə vardır. Elə buna görə də onlar şüurlu şəkildə ölümü gözə ala bilirlər. Vətənə olan sonsuz sevginin təcəssümü, vətənə can fəda etməkdir. Bu sevgi beşikdən, ana laylasından, ailədən, müəllimdən,məktəbdən başlanır. Şəhid qanı axmayan torpaqdan vətən olmaz.Şəhidlik- vətənpərvərliyin ən ali məqamıdır!Zaman ötür, fəsillər dəyişir, illər əsrlərə, əsrlər minilliklərə çevrilir, tarixə dönür. Zamanın gedişində bir çox tarixi hadisələr baş verir. Bəzi tarixi hadisələr müəyyən dövrdən sonra yaddan çıxır, unudulur. Lakin elə zaman, tarixi hadisələr var ki, heç vaxt unudulmur. Nəsillər bir-birini əvəz etdikcə bu tarixi gün daha çox xatırlanır, insanların yolunu işıqlı bir zirvəyə doğru aparır. Bu zirvə ən ali, müqəddəs və şərəfli olan şəhidlik zirvəsidir. Çünki şəhidlər uca Yaradanın, vətənin, millətin yolunda şüurlu surətdə canlarını fəda edən insanlardır. Bu cür insanlar yüksək əxlaqi keyfiyyətə malik olmaqla, qəlblərində Allaha, vətənə, millətə sevgisi oldugu üçün sonda Allahın rizasını qazanaraq şəhadət mərtəbəsinə ucalırlar. Keçirdiyimiz hər gün tarixə dönür. Tarixə yazılan günlərin hamısı yaddaqalan olmur. Elə günlər var onlar unudulub gedir, elələri də var ki, onlar heç vaxt unudulmur, yaddan çıxmır. Belə günləri unudulmaz edən qəhrəmanlardandır şəhidlər. Çünki, bu dünyada hamımıza bəxş olunan bir ömür payı var. Ömür yolunu müəyyən müddət sonra başa vuracağıq. Şəhidlik bu mənada insanın dünya həyatına ən gözəl şəkildə əlvida deməsidir. Şəhidlik ölümlərin ən şərəflisidir.Şəhidi olmayan xalq torpaq məhəbbətindən, yurd sevgisindən məhrumdur. Şəhidi olmayan xalqın mənliyi, kimliyi bilinməz, azadlığı qanı ilə, canı ilə qazanmayan xalq hər vaxt kölə kimi gözüqıpıq, həyəcan içində yaşayar. Aşiqlikdik  şəhidlik ,şəhidlikdən isə Şəhidlər yaranır, şəhidlikdən Şəhidlər doğulur.Şəhidlər milli qürür mənbəyi, milli iftixar hissi, and, namus yeri, baş taçıdır. O xalqlar, o dövlətlər xoşbəxtdir və öz ayaqları üzərində ona görə duruş gətirə, dayana bilirlər ki, onların uğrunda canından keçən, canını fəda edən vətən övladları şəhidləri var. Bəli, heç kim istəməz ki, kiminsə övladı, oğlu, qızı bu dünyadan arzuları, diləkləri gözlərində, ürəklərində qalmış, nakam getsin, vaxtsız və çox erkən yaşlarında dünyasını dəyişsin. Amma həyatın, gərdişi-dövranın öz reallıqları, öz tələbləri var. Müstəqil, azad, hürr yaşamaq istəyiriksə, onu yolu Şəhidlikdən keçir.Şəhidlik zirvəsini fəth edən igidlərdən biri də şəhid Seyid Cavanşir Həmidlidir.
20 oktyabr 1997-ci il... Lerik rayonun Çayrud kəndində Namik atanın və Aybəniz ananın ailəsində bir nur üzlü körpə dünyaya gəldi.Onun gələcəkdə Vətənimiz üçün igid bir oğul olacağını duyan valideynlər ona Cavanşir adını qoydular.Şir Şərq ədəbiyyatında mərdlik,qorxmazlıq,şücaət və cəsarət simvoludur.Təsadüfi deyil ki,Seyid Cavanşirin ulu babası ,yəni cəddi olan heç bir döyüşdə məğlub olmayan həzrət Əli(ə) “Əsədullah”, yəni Allahın şiri ləqəbini almışdı..Hələ kiçik yaşlarında təkcə ailəsi yox, dostları tərəfindən “Şirbala” çağırılan Cavanşir 2004-cü ildə şəhid Elşən Səfərov adına Çayrud kənd tam orta məktəbin 1-ci sinfinə daxil olmuşdur.Təhsil aldığı dövrdə nümunəvi davranışına,məktəb və ictimai tədbirlərdə fəal iştirakına savadına və intellektinə görə məktəb rəhbərliyi tərəfindən Fəxri Diplom və Fəxri Fərmanlarla təltif olunmuşdur.2013-2015-ci illərdə Lənkəran rayonunun şəhid Teymur Zamanov adına Ürgə kənd tam orta məktəbində təhsil almışdır və buranı əla qiymətlərlə bitirdikdən sonra elə həmin il-2015- ci ildə Lənkəran Dövlət Universitetinin “İqtisadiyyat və idarəetmə”fakültəsinə daxil olmuş və 2019-cu ildə “Maliyyə”ixtisası üzrə bakalavr dərəcəsi almışdır.Şəhid Cavanşir çox vətənpərvər bir insan idi.Onun vətənə olan məhəbbətini bir müəllim kimi həm vətənpərvərlik mövzusunda yazdığı inşalarından, həm də inanc,əqidə və milli qeyrətindən sezirdim.Vətənə olan borcunu yerinə yetirmək üçün hərbi xidmətə yollanaraq Milli Ordunun Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində “N”saylı hərbi hissədə xidmət etməyə başlayıb.”Həmlə”Əlahiddə Əməliyyat Taborunun xüsusi təyinatlısı kimi xüsusi döyüş hazırlığı hərbi təlimlərinə qatılaraq hərbi texnikanın və silahların istifadəsini mənimsəməklə hərbi hissə rəbərliyinin rəğbət və etimadını qazanmışdı. Şəhid Cavanşirin əsgər yoldaşı Zülfüqar Rövşən oğlu Babayevlə həmsöhbət zamanı dedi ki,hələ 44 günlük Vətən müharibəsi başlanmamış,2019-cu ilin yayında hərbi hissəmizin qərargah rəisi polkovnik leytenant Rəşid Tınayev 750 nəfərlik heyəti sıraya düzdü ki,kim cəbhəyə könüllü getmək istəyir? Təkcə Cavanşir qardaşımız irəli çıxıb: “Mən getmək istəyirəm”,-dedi. Hətta 3 dəfə könüllü getmək üçün rəsmi olaraq ərizə yazdı.Cavanşir qardaşımızın arzusu cəbhədə xidmət etmək idi və arzusuna çatdı.Zülfüqar Babayev onu da əlavə etdi ki,mən elə bilirəm,doğma qardaşım şəhid olub və belə şücaətli övlad böyüdən valideynləri qəhrəmandırlar...27 sentyabr 2020-ci ildə erməni vandallarının növbəti təcavüzü nəticəsində 44 günlük Vətən müharibəsi başlananda həmvətənlərinin qisasını alacaq deyə sevinən igid Cavanşir 28 sentyabrdan başlayaraq taboru ilə birgə döyüşlərə atılaraq Tərtər-Ağdərə istiqamətində,Talış,Suqovuşan yaşayış məntəqələrinin bir sıra strateji yüksəkliklərin alınmasında yüksək fədakarlıq göstərərək onlarla erməni əsgərini şəxsən özü zərərsizləşdirmişdi.Şəhid Seyid Cavanşir 2 oktyabr 2020-ci ildə Hadrut istiqamətində,Füzuli rayonunun kəndlərində vuruşaraq böyük igidlik göstərmiş, öz həyatını təhlükəyə ataraq onlarla yaralı əsgər yoldaşını döyüş zonasından çıxarmışdır. 3 oktyabr 2020-ci ildə taboru ilə birgə Lələtəpə yüksəkliyindən vuruşa-vuruşa Cəbrayıla daxil olan Cavanşir Həmidli Cərayılda 3 gün ərzində müstəsna qəhrəmanlıqlar göstərmişdir. 12 iyul 2020-ci ildə təcəvüzkar erməni vandalları atəşkəs rejimini pozaraq Tovuz istiqamətindən hücuma keçdilər və nəticədə general-mayor Polad Həşimov başda olmaqla bu döyüşlərdə 12 nəfər hərbiçimiz qəhrəmanlıq göstərərək şəhid oldu.Vətən sevgisindən və itkimizdən dolayı qəlbi odlanmış qəhrəman Cavanşir düz 3 dəfə hərbi komandığınlığına ön cəbhəyə göndərilməsi üçün raport ilə müraciət etmişdi.27 sentyabr 2020-ci ildə erməni vandallarının növbəti təcavüzü nəticəsində 44 günlük Vətən müharibəsi başlananda həmvətənlərinin qisasını alacaq deyə sevinən igid Cavanşir 28 sentyabrdan başlayaraq taboru ilə birgə döyüşlərə atılaraq Tərtər-Ağdərə istiqamətində,Talış,Suqovuşan yaşayış məntəqələrinin bir sıra strateji yüksəkliklərin alınmasında yüksək fədakarlıq göstərərək onlarla erməni əsgərini şəxsən özü zərərsizləşdirmişdi.Şəhid Seyid Cavanşir 2 oktyabr 2020-ci ildə Hadrut istiqamətində,Füzuli rayonunun kəndlərində vuruşaraq böyük igidlik göstərmiş, öz həyatını təhlükəyə ataraq onlarla yaralı əsgər yoldaşını döyüş zonasından çıxarmışdır.Təsadüfi deyil ki,Hadrutda 30 nəfərlik xüsusi təyinatlı dəstəmiz 1500 nəfər erməni muzdlusunu qaçmağa məcbur etmişdir.Bu şəhid Cavanşir və Cavanşir kimi igidlərin rəşadət və şücaəti hesabına olmuşdur. Belə ki, qardaş deyə müraciət etdiyi əsgər yoldaşı ,Cəbrayıl və Füzulinin azad olunmasına görə 2 medalla təltif olunan,14 oktyabr 2001- ci ildə Astara rayonunun Şiyəkəran kəndində dünyaya gəlmiş qazi Mirtalıblı Mirisaq Mirvaleh oğlu ağlayaraq bizə dedi:"Şəhid Cavanşir həm həyatımı xilas edən rəşadətli əsgər yoldaşım, həm də mənim böyük qardaşım idi. Füzuli istiqamətində döyüş zamanı bölük komandirimiz yaralı olaraq ermənilər tərəfindən əsir götürələrək üzərinə benzin tökülərək yandırıldı.Biz komandirimizi xilas etmək istərkən snayperlə onu vurdular.Komandirimizin faciəli şəkildə dünyasını dəyişib şəhadətə çatması bizi,məxsusən,şəhid Cavanşir qardaşımızı çox üzdü.Gecəni yata bilməyən qeyrətli qardaşımız şəhid Cavanşirlə birgə komandirimizdən gizlin 2-3 nəfər əsgərin iştirakı ilə vəhşi erməni vandallarından qisas alacağımıza and içib ermənilərin gizləndiyi səngərlərə tərəf düşmən bizi görməsin deyə sürünməyə başladıq.Bir az keçmədi ki,Cavanşir qardaşım əvvəlki döyüşlərdə bir yaralı əsir əsgərimizin başını kəsən bir erməni cəlladını əsir aldığını bizə xəbər verdi.Biz bu qansızı sürüyərək gətirən Cavanşir qardaşımıza kömək etdik.Komandirimiz bu işdən xəbər tutmuşdu və bu qansız erməni əsirini öldürməməyi tapşırdı,lakin gözünün önündə yandırılan və öz həyatını təhlükəyə atıb onun köməyinə gedəndə güllələnən sabiq komandirini bir an belə unutmayan qeyrətli Cavanşir qardaşımın polad iradəsinə qarşı gedəcək bir hərbiçi tanımırdım,çünki çox qorxmaz, ürəkli və cəsarətli bir igid idi... Biz həmin o erməni cəlladını səngərin uzaq bir küncünə aparıb atamın uşaqlıqda bıçaq olmayanda daşdan kəsici alət kimi istifadə etmək üsulunu tətbiq edərək o cəlladın ayağının aıtında daş qoyub üstünə daşla vurub ayağını dizindən qopartdıq.O erməni cəlladını o halda düşmənin gizləndiyi tərəfə atdıq.Onun çığırtısını eşidib köməyinə gələn 7-8 erməni vandalını və sonda yaralı halda əsir düşən əsgərimizə rəhm etməyən tək ayaqlı erməni cəlladını şəxsən öz snayperinə optik gecəgörmə cihazı bağlayan igid Cavanşir qardaşımız öldürdü.Qazi Mirisaq Mirtalıblı bizə dedi ki,3 oktyabr 2020-ci ildə Füzulidə mən son dəfə döyüş zonasına yollanmamış qardaşım Cavanşirə dedim ki,qardaşım, şəhadətə gedirəm ,mənimlə gəlirsənmi? Qardaşım Cavanşir dedi ki,Mirisaq qardaşım,axıra kimi səninləyəm.Hönkürtü ilə ağlayan qazi Mirisaq Mirtalıblı bizə dedi ki, mən döyüşə tək yollananda 4 nəfər əsgər Cavanşir qardaşımın mənimlə birgə döyüşə gəlməyimə mane olmaq üçün Onu səngərin divarına sıxdı.Şəhid Cavanşir belə qeyrətli və mərd oğul idi...Döyüşərək 4 güllə yarası aldım və sonra qoruyucu jilet üzərində minaya düşdüm, ağ ciyərlərim,qabırğam ,qolum zədəli olsa belə yenə mübarizədən əl çəkmədim,lakin belimə dəyən beşinci güllə məni taqətsiz etdi. Bir azdan qan dolub yumulmuş gözlərimi güclə açanda özünü mənə çatdırıb məni çiyninidə səngərə aparan Cavanşir qardaşımı gördüm...Bu Onunla son görüşüm idi...Sənin ruhun qarşısında baş əyirəm və sənin valideynlərinə bir ömür boyu minnətdaram Cavanşir qardaş!"
Taboru ilə birgə Lələtəpə yüksəkliyindən vuruşa-vuruşa Cəbrayıla daxil olan Cavanşir Həmidli Cərayılda 3 gün ərzində müstəsna qəhrəmanlıqlar göstərmişdir. MAXE Nahid Əliyev şəhid Cavanşirin atası Namik Həmidova deyib ki,əl qumbaranın atılmasına görə Cavanşir qardaşımız birinci yerdə idi və şəkli “Şərəf lövhə”sində idi.Qardaşımız Cavanşir çox nizam-intizamlı,əmin,vəfadar,məsuliyyətli və əhdinə sadiq bir əsgər idi.Mən qrantamyotumla,Cavanşir qardaş iri çaplı pulemyotu ilə ermənilərin başına od yağdırırdıq.Bir ömür fəxr ediləsi bir oğul böyütmüsən,Namik dayı...
Bu cəsur ürək sahibi olan igidimiz misilsiz şüçaəti ilə erməni vandallarının yuxusunu ərşə çəkmişdi.Çoxdan izinə düşmüş,fürsət gözləyirdilər.Nəhayət,7 oktyabr 2020-ci ildə Cəbrayıl rayonunun Nuzgər kəndində pusquda duran namərd erməni vandallarının hücumu nəticəsində şəhid oldu. Son anında yanında olan komandiri Ravil deyir ki, Cavanşir böyük ürəyə sahib idi...Cavanşirin ən böyük arzusu Şuşa,Xankəndi,Xocalının azad olunması və hər kəsin salamat qayıdıb elində,obasında rahat yaşaması idi...Şəhid Cavanşir belə bir bənzərsiz könül sahibi idi..
15 dekabr 2020-ci ildə Ali Baş Komandan cənab İlham Əliyevin sərancamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olundu. 25 dekabr 2020-ci ildə isə ildə Ali Baş Komandan cənab İlham Əliyevin sərancamı ilə ölümündən sonra “Füzulini azad olunmasında göstərdiyi qəhrəmanlığa görə” medalı ilə təltif olundu.24 iyun 2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ölümündən sonra “Cəsur döyüşçü” medalı ilə təltif edildi.44 günlük Vətən müharibəsindəki döyüşlərdə şəhadədət şərbətini içərək Vətən müharibəsində Çayrudun ilk şəhidi, Qarabağ uğrunda isə beşinci şəhidi fəxri adını alan şəhid Cavanşir qardaşla qürur duyuruq!Ruhun şad, xatirən əziz olsun!Cəm şəhidlərin ruhu qarşısında baş əyirik! Vətən sağ olsun! Qarabağ Azərbaycandır! Bayraqlar enməz! Vətən bölünməz! Şəhidlər ölməz!
Qələmə aldı : Elimizin igid oğlu,müəllimlərinin iftixarı olan şəhid Seyid Cavanşirin 
Azərbaycan dili və ədəbiyyat müəllimi Qədir Atamalı oğlu Kərimov
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ