Xətai rayon Bələdiyyəsi hakim rolunda
Tarix: 30-11-2023, 08:10
Baxılıb: 4 414
Google+ Paylaş
Tumblr Paylaş

Xətai rayon Bələdiyyəsi hakim rolunda

30-11-2023, 08:10

Azərbaycanda bələdiyyə adı gələndə  torpaq satanlar yadıma düşür.
Kimisi vətəndaşlara verilən pay torpaqlarını satır, kimisi şişirdilmiş rəqəmlərlə vətəndaşlardan vergi ödəməsini tələb edir, kimisi də ağıla gəlməyən dələduzluqla məşğul olur. 
Bilavasitə buna Xətai rayon Bələdiyyəsini nümunə göstərmək olar.
Qardaş Türkiyədə bələdiyyələr yol çəkir, ağac əkir, vətəndaşların sosial problemlərini həll edir, imkansız vətəndaşlarına kömək edir.
Çox təəssüflər olsun ki, ölkəmizdə bələdiyyələrin adı var, amma bələdiyyələr də harda bir pul yeri varsa dərhal həmin obyekti mühasirəyə alaraq  vətəndaşları vergi ödəmədiyi halda  məhkəmə  ilə qorxudaraq asıb kəsirlər.
Xülasə, bu günlərdə redaksiyamıza bir şikayət məktubu daxil olmuşdu.
Bakının Xətai rayon bələdiyyəsinin  sədri E.Vəliyevin adından fiziki şəxs Cəfərov Mahir Hüseyn oğlunun adına məhkəmə qərarına oxşar  bir qərar  daxil olmuşdu.
Redaksiya olaraq şikayətçinin ünvanına yollandıq orda olan mənzərə bizi dəhşətə gətirdi. 
2011-ci ildən Həzi Aslanov metrosunun genişlənməsi məqsədi ilə magistral yolun dəmir hasara alınması ətrafda olan sahibkarlara ciddi ziyan vurmuşdu. Şəhərin görünüşünü də pozan bu hasarlama 12 il bu vəziyyətdə qalamsı başqa mövzü olduğundan bundan vaz keçirik, amma sahibkarlara dəyən ziyan indiki işsizliyin mövcüd olduğu bir vaxtda həm də dövlətimiz üçün arzuolunmazdır.
 O cümlədən şikayətçi sahibkarın obyekti də 2011-ci ildən tam fəaliyyətini dayandırmış və ciddi maddi ziyanla üzləşmişdir.
Şikayətçi Xətai rayon Bələdiyyəsinə bu problemlərlə bağlı bir neçə dəfə müraciət etsə də problem nəticəsiz qalmışdır. Bələdiyyə sahibkara kömək etmək əvəzinə ağlına gələn rəqəmlərlə sahibkardan yüksək məbləğdə vergi pulu tələb etmişdir
Xətai rayon Bələdiyyə sədri E.Vəliyev  bu qədər şişirdilmiş rəqəmləri haradan və necə əldə etmişdir?.
Sələmçi Banklar bu qədər faiz dərəcələrini qaldırmadığı halda, Xətai rayon  Bələdiyyəsi  vətəndaşın  605,43 manat borcunu şişirdərək 1786, 23 manata qaldıraraq qərəzçiliyə və  insafsızlığa yol vermişdir.
Bələdiyyələrdə humanizm budurmu?
Dövlətimiz heç bir məmura səlahiyyət vermir ki, vətəndaşlara qarşı qərəzli mövqe tutsunlar.
Bəzən məmurların tamahı Həzrət Abbasən qılıncından da iti olur.
Vətəndaşlardan bu qədər vergi yığan Xətai rayon bələdiyyəsinin  yığdığı bu qədər pullar kimə və nəyə xərclənir?
Hər bir Bələdiyyə və yerli orqanıar sahibkarlara şərait yaratmalı, onların səmərəli işləmələri üçün köməklik etmələri halda, necə deyərlər qaş düzəltdikləri yerdə  az qala göz  tökür və Sahibkarların  əsəbləri ilə oynayırlar.
Bir söz deyəndə də daha da hiddətlənərək "burda mənəm Bağdadda kor Xəlifə"  deyərək  sahibkarlara əngəl törədirlər.
Yəqin ki bu qərəzkarlıq  barədə daha yuxarı orqanlarda  ölçü götürüləcəkdir.
Qarşı tərəfin də mövqeyini dinləyərək dərc etməyə hazırıq.
Bu mövzuya yenə də qayıdacağıq.
Rauf İlyasoğlu 
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ