Yəhudilərə çağırış: Ermənistanı tərk edin!
Tarix: 5-10-2023, 23:33
Baxılıb: 1 954
Google+ Paylaş
Tumblr Paylaş

Yəhudilərə çağırış: Ermənistanı tərk edin!

5-10-2023, 23:33

Azərbaycanın iblisləşdirilməsinə və onun düşmənlərinin Holokost mövzusundan istifadə etməsinə qarşı kampaniyanın təşəbbüskarı, bakılı ravvin Zamir İsayev yenidən Ermənistan yəhudilərinə müraciət edib.
Axar.az-ın məlumatına görə, bu barədə ravvin öz Feysbuk səhifəsində bildirib.
"Bir neçə həftə əvvəl mən xəbərdarlıq etmişdim ki, Ermənistanda qalmaq yəhudilər üçün təhlükəlidir. İsrailin Diaspor Nazirliyi keçən ay iki dəfə yəhudilərə qarşı zorakılıq ehtimalını qeyd edib", - ravvin vurğulayıb.
Onun sözlərinə görə, erməni rəsmiləri və ictimai xadimlərinin antisemit və antiisrail ritorikası sinaqoqun hücuma məruz qalmasına səbəb olub, çünki nifrət nitqi zorakılığa gətirib çıxarıb.
İsayev yenidən yəhudiləri çox gec olmadan Ermənistanı tərk etməyə çağırıb və kömək etməyə hazır olduğunu təkrarlayıb.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ