Qeyri-sabit hava nə vaxta kimi davam edəcək?
Tarix: 4-10-2023, 09:50
Baxılıb: 1 495
Google+ Paylaş
Tumblr Paylaş

Qeyri-sabit hava nə vaxta kimi davam edəcək?

4-10-2023, 09:50

Oktyabrın 4-ü saat 09:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir leysan yağıb, bəzi yerlərdə intensiv və güclü olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, düşən yağışın miqdarı Qubada 29 mm, Şabranda 19 mm, Qusarda 18 mm, Lerikdə 17 mm, Gədəbəydə 15 mm, Neftçalada 14 mm, Altıağacda 9 mm, Yardımlı, Xaltanda 7 mm, Lənkəran, Qrız, Sədərək, Astara, Daşkəsən, Şahdağ, Şərur, Qax, Beyləqan, Ordubad, Ağdam, Naxçıvan, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Şirvan, Zaqatala, Tərtər, Ağsu, İsmayıllı, Bərdə, İmişli, Sabirabad, Cəfərxan, Biləsuvar, Bakıda və Abşeron yarımadasında 6 mm-dək olub.

Şimal-qərb küləyi arabir Göyçayda 20 m/s, Naftalanda 18 m/s, Naxçıvanda 16 m/s, Bakıda və Abşeron yarımadasında 20 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2.6 metrə çatıb.

Şamaxı, Qusar, Şahdağ, Qrız, Lerik, Sumqayıtda duman müşahidə olunub.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı və küləkli hava şəraiti oktyabrın 5-i gündüzədək davam edəcək. 6-7-də əksər rayonlarda hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ