Nikahdan əvvəl bu xəstəliklərin də müayinəsi aparılacaq
Tarix: 15-09-2023, 15:00
Baxılıb: 1 496
Google+ Paylaş
Tumblr Paylaş

Nikahdan əvvəl bu xəstəliklərin də müayinəsi aparılacaq

15-09-2023, 15:00

Nikahdan əvvəl ixtioz və bullyoz epidermoliz xəstəliyinin də tibbi müayinəsi aparılacaq.

Bu, Nazirlər Kabinetinin "2023-2027-ci illər üzrə ixtioz və bullyoz epidermoliz xəstəliklərinin müalicəsinə və profilaktikasına dair Tədbirlər Proqramı”nın təsdiq edilməsi haqqında” sərəncamında əksini tapıb.

Sərəncamda qeyd olunub ki, ixtioz və bullyoz epidermoliz xəstəliyinin irsi olaraq keçdiyi nəzərə alınmaqla, risk qrupuna daxil olan şəxslərin nikahdan əvvəl tibbi müayinələri aparılmalıdır.

Bu məqsədlə qanunvericilikdə dəyişiklik edilməsinə dair təkliflər hazırlanacaq, tibbi müayinələri həyata keçirən tibb müəssisələri müəyyən ediləcək və digər müayinələrlə yanaşı, qeyd edilən xəstəliyin müayinəsinin aparılmasına ciddi nəzarət olunacaq.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ