Bakıda temperatur normadan bu qədər aşağıdır
Tarix: 11-09-2023, 10:46
Baxılıb: 1 548
Google+ Paylaş
Tumblr Paylaş

Bakıda temperatur normadan bu qədər aşağıdır

11-09-2023, 10:46

Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 11-nə olan məlumatına əsasən ölkə ərazisində müşahidə olunan güclü külək səhər saatlarından zəifləyib.

Xidmətdən verilən məlumata görə, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Düşən yağıntının miqdarı Astarada 31 mm, Lənkəranda 21 mm, Yardımlıda 9 mm, Qusar, Qax (Sarıbaş), Naxçıvan, Şahbuz, Ordubad, Ağdam, Balakən, Quba, Beyləqan, İmişli, Cəfərxan, Biləsuvarda 4 mm-dək olub.

Qrız və Lerikdə duman müşahidə olunub.

Sentyabrın 10-da temperatur Bakıda iqlim normasından 2.5 dərəcə aşağı olub. Bakıda və Abşeron yarımadasında 23 dərəcəyədək isti, Naxçıvan MR-da 26-30 dərəcə isti, Aran rayonlarında 25-29 dərəcə, dağlıq rayonlarda 17 dərəcəyədək isti olub.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ