Müstəqilliyə gedən yolun ilk mərhələsi-30 AVQUST
Tarix: 30-08-2023, 09:20
Baxılıb: 1 060
Google+ Paylaş
Tumblr Paylaş

Müstəqilliyə gedən yolun ilk mərhələsi-30 AVQUST

30-08-2023, 09:20

Azərbaycan 1991-ci il avqustun 30-da Ali Sovet

Müstəqillik Bəyannaməsini qəbul edib. Oktyabrın 9-da Azərbaycan milli ordusunun yaradılmasına qərar verilib.

Nəhayət oktyabrın 18-də Müstəqillik haqqında Konstitusiya Aktının qəbul edilməsinin ardınca, dekabrın 29-da keçirilmiş ümumxalq referendumunda iştirak etmiş seçicilərin 95 faizi ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verdi.

Azərbaycanın müstəqilliyi bərpa olunandan sonra dövlət bayrağı, himni və gerbi haqqında da qanunlar qəbul edilib.

Azərbaycanda müstəqilliyin elan olunmasını ləngidən o dövrdəki respublikanın kommunist rejimi olub.

1990-cı ilin aprel-mayından etibarən Azərbaycanda repressiyalar başlamış, bir çox fəallar həbs edilmiş, siyasi fəaliyyət məhdudlaşdırılmış, azad fikir ifadə edən mətbu orqanlar bağlanmışdır. Azərbaycan hakimiyyəti, o dövrdə olan kommunist rejimi Azərbaycanın müstəqillik mübarizəsinə maneçilik törədirdi, müqavimət göstərirdi, bu səbəbdən Azərbaycanın müstəqilliyinin elan olunması ləngidi.

1991-ci ilin avqustunda Moskvada baş verən məlum hadisə, Moskvada Yelstinin hakimiyyətə gəlməsi, Kommunist partiyasını ləğv etməsi Azərbaycan Kommunist Partiyasının mövqeyini, təsir imkanlarını xeyli məhdudlaşdırdı və bundan sonra 30 avqust müstəqillik bəyannaməsinin qəbul olunmasını tezləşdirdi.


Bilman İSAQ

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ