Metropoliten qatarlarda kondisionerləri niyə söndürüb?
Tarix: 24-08-2023, 16:27
Baxılıb: 1 538
Google+ Paylaş
Tumblr Paylaş

Metropoliten qatarlarda kondisionerləri niyə söndürüb?

24-08-2023, 16:27

Bakı metropoliteninin istismarında olan müasir qatarların bir çoxunda kondisionerlər işləmir.

Əməkdaşının müşahidələrinə görə, yeni qatarların bəzi vaqonlarında kondisionerlər söndürülüb.

Bütün dünyada anomal istilərin yaşandığı bir vaxtda Bakı metrosunda havalandırma sisteminin zəif, üstəlik, yeni vaqonlarda kondisionerlərin çalışmaması sərnişinlərin də haqlı narazılığına səbəb olub.

Bakı metropolitenindən saytımıza verilən açıqlamada bildirilib ki, yeni nəsil qatarların mikroiqlim nəzarəti, o cümlədən kondisioner sisteminin fəaliyyəti yalnız havanın temperaturu ilə deyil, bir neçə parametrlər üzrə tənzimlənir və onlar avtomatik işləyir:

“Yay fəslində kondisioner sistemi daha çox yüklənmiş rejimdə fəaliyyət göstərir və bu səbəbdən tərəfimizdən keçirilən monitorinqlərin sayı xeyli artırılıb. Qatarlar səhər və gün ərzində xəttə verilərkən yoxlanılır. Vətəndaşların daxil olan şikayət və təklifləri fərdi şəkildə yoxlanılır və buna uyğun qərarlar verilir. Kondisioner sisteminin bir müddət işlədikdən sonra dayandırılması və sonra yenidən işə salınması anlayışı yoxdur. Bu, davamlı qoşulu vəziyyətdə olan sistemdir və avtomatik şəkildə salondakı havanın hərarətinə görə özünü tənzimləyir. Gün ərzində müxtəlif səbəblərdən sistemin fəaliyyətində problemlər yarana bilir. Məsələn, qatarların qapısı açılıb bağlanarkən salona isti hava kütləsi daxil olur və nəticədə sistemin avtomatik şəkildə bunu tənzimləməsi üçün müəyyən vaxt lazımdır”.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ