Avromedia.az xəbər verir ki, 04.08.2023 tarixində Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzində valideynlər üçün "Oyun və Əyləncə tərbiyəsi" mövzusunda Ödənişsiz seminar keçirilmişdir.
Seminarda Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzinin "Məktəbəqədər" kursunun valideynləri və Qızıldaş qəsəbə sakinləri iştirak ediblər.
Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzinin bədii rəhbəri Gülnar Abbasova çıxış edərək bildirmişdir ki, seminarın əsas məqsədi valideynlərin uşaqların düzgün yetişdirilməsi və tərbiyəsi mövzusunda olan bilik və bacarıqlarının artırılmasıdır.
O, həmçinin vurğulamışdır ki, Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzi tərəfindən bu tipli seminarlar mütamadi olaraq təşkil ediləcəkdir.
Təlimçi Fəridə Əsgərova dəvət üçün Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzinə təşəkkür edərək, seminar haqqında iştirakçıları məlumatlandırıb. Daha sonra seminar praktiki məşğələlər formasında davam edib.
Seminarın sonunda iştirakçılar bu tipli seminarların tez-tez keçirilməsini arzu edərək, seminarın təşkilinə görə Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzinin kollektivinə təşəkkürlərini ifadə ediblər.




Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu