“Həftənin sonunadək Abşeron yarımadasının isti hava dalğasının təsiri altında olacağı, havanın temperaturunun 37-40 dərəcəyə çatacağı, zəif küləklərin əsəcəyi gözlənilir”.
Bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.
Onun sözlərinə görə, yüksək temperatur, durğun və rütubətli hava şəraitində bəzi saatlarda bürkü yarana bilər: “Şəhər mühitində gecə saatlarında da havanın temperaturu normadan yüksək olur. Bu cür hava şəraiti əksər əhali üçün əlverişsizdir. Belə günlərdə tez-tez maye qəbul etmək, günəş altında olarkən baş örtüklərindən və ya çətirlərdən istifadə etmək, açıq havada uzun müddət qalmamaq tövsiyə edilir. Özünüzü günvurma və istivurmadan qoruyun”.
Qeyd edək ki, havanın temperaturu iqlim normasından 4,6 dərəcə yüksəkdir.

Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb