Azərbaycana gələn ərəblərin sayı azaldı
Tarix: 3-08-2023, 15:25
Baxılıb: 1 220
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycana gələn ərəblərin sayı azaldı

3-08-2023, 15:25

Azərbaycana gələn turistlərin ölkə mənşəyində də dəyişiklik qeydə alınır. Dövlət Sərhəd Xidmətinin məlumatına görə, bu ilin ilk yarısında Avropadan Azərbaycana gələn turistlərin sayı 40 faiz artsa da, Körfəz ölkələrindən gələnlərin sayı 8,9 faiz azalıb.

Bu barədə iqtisadçı alim, deputat Vüqar Bayramov qeyd edib.

“Ən yüksək artımlar isə Çin (7,2 dəfə), Türkmənistan (3,9 dəfə) və Hindistandan (3,1 dəfə) gələn turistlərin sayında müşahidə olunub. Turizm enerji sektorundan sonra ölkəyə ən çox valyuta gətirən sektordur. Pandemiyadan əvvəlki 2019-cu ildə ölkəyə 3 milyondan çox turist gəlmişdi və əcnəbilər həmin il Azərbaycanda 2.6 milyard dollara yaxın vəsait xərcləmişdilər. Bu baxımdan gələn turistlərin ölkə mənşəyinin yenilənməsi, xüsusən də Avropa və Cənubi-Şərqi Asiyada yerləşən dövlətlərlə bu sahədə əməkdaşlığın gücləndirilməsi vacibdir. Bu, turizm gəlirlərində dayanıqlığı artıra bilər”, - Bayramov bildirib.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ