Müstəqilliyimizin atributu-ANA DİLİMİZ
Tarix: 1-08-2023, 10:23
Baxılıb: 1 248
Google+ Paylaş
Tumblr Paylaş

Müstəqilliyimizin atributu-ANA DİLİMİZ

1-08-2023, 10:23

Avqustun 1-i Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. 

Bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib. Ulu Öndər həmin Fərmanı latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkədə 2001-ci ilin avqustunda bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətinin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq imzalayıb. 

Hər bir xalqın milli mədəniyyətinin tərkib hissələrindən birini həmin xalqın əlifbası, yazı sistemi təşkil edir. Bu baxımdan bu fərman əhəmiyyətli olmağı ilə bərabər, həm də müstəqilliyimizin kökünün bərkiməsinə xidmət edir.  Azərbaycanda əlifba islahatının aparılmasında Afad Qurbanovun Əlifba Komissiyasının sədri və latın qrafikası əsasında hazırlanmış və bu gün istifadə edilən Azərbaycanın yeni müstəqil əlifbanın müəllifi kimi böyük xidmətləri olub. İstedadlı dilçi alim, bacarıqlı təşkilatçı, akademik Afad Qurbanov bütün qüvvə və bacarığını xalqın arzu və istəyini əks etdirən bu mühüm işə - Azərbaycan üçün yeni müstəqil əlifbanın hazırlanmasına həsr edib. Yeni əlifba layihəsinin hazırlanması və Azərbaycan dili haqqında qanun layihəsinin tərtib olunması işi ilə yanaşı, görkəmli dilçi alim və ictimai xadim Afad Qurbanov 1990-1995-ci illərdə Milli Məclisin deputatı kimi geniş ictimai-siyasi fəaliyyət göstərərək bu sahələrdə də xeyli işlər görüb. Onun deputat platformasının əsas tezislərindən məhz latın qrafikalı yeni əlifbaya keçidin, Azərbaycan dilinin daha fəal işlədilməsinin, habelə onun ictimai və başqa funksiyalarının genişləndirilməsinin təmin edilməsi məsələləri olub.

Bilman İSAQ

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ