Özəl pensiya fondu: Bu yolla pensiya 500 yox, 800 AZN olacaq
Tarix: 29-07-2023, 13:30
Baxılıb: 1 695
Google+ Paylaş
Tumblr Paylaş

Özəl pensiya fondu: Bu yolla pensiya 500 yox, 800 AZN olacaq

29-07-2023, 13:30

Azərbaycanda özəl pensiya fondlarının yaradılması ilə bağlı qanunvericilik bazası təkmilləşdirilir.

Prosesin sonunda müvafiq layihələr hazırlanaraq baxılması üçün Milli Məclisə təqdim ediləcək.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov məsələ ilə bağlı bildirib ki, vətəndaş özəl pensiya fonduna ödəniş edibsə, onun pensiya yaşı tamam olduğunda alacağı məbləğ 500 manatdırsa, ödədiyi məbləğdən asılı olaraq, orta hesabla 300 manat əlavə ödəniş alacaq:

“Beləliklə, vətəndaşın pensiyası 500 manat deyil, 800 manat olacaq”.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ