Bu şəxslərə subsidiya verilməyəcək
Tarix: 27-07-2023, 16:37
Baxılıb: 1 576
Google+ Paylaş
Tumblr Paylaş

Bu şəxslərə subsidiya verilməyəcək

27-07-2023, 16:37

Naxçıvanda növbəti mövsümdə sənədləri düzgün formalaşdırılmayan, torpaqları analiz edilməyən təsərrüfat sahiblərinə subsidiyalar verilməyəcək.

Bu barədə sənədləri düzgün formalaşdırılmayan təsərrüfat sahibləri və icra nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri vəzifəsini müvəqqəti icra edən, nazir müavini Xəyalə Dadaşova məlumat verib.

Qeyd olunub ki, təsərrüfat sahiblərinə subsidiyaların vaxtında ödənilməsi əsas prinsiplərdəndir: "Amma təəssüf ki, bununla bağlı ya sənədlər vaxtında göndərilmir, ya da sənədlərdə bir sıra problemlər olur. Bu səbəbdən növbəti mövsümdə sənədləşdirmə məsələlərinə olduqca ciddi yanaşılmalıdır. Hər kəs öz torpağını əkməlidir".

X.Dadaşova başqasının torpağını icazəsiz əkməyin qanunsuz olduğunu bildirib. Diqqətə çatdırıb ki, bu halda torpağın sahibi tərəfindən verilən etibarnamə olmalı, müqavilə imzalanmalıdır. Artıq növbəti mövsümdən bu sənədləri olmayan şəxslər subsidiya ala bilməyəcəklər.

Nazir müavini deyib ki, bu məsələlərə icra nümayəndələri xüsusilə ciddi yanaşmalı, vətəndaşlara lazımi köməklik göstərməlidirlər.

Nazirliyin Dövlət dəstəyi, aqrar sığorta, kredit və investisiaların tənzimlənməsi sektorunun baş məsləhətçisi Elnur Abbasov Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətininin əməkdaşları ilə birgə yaz əkinləri ilə bağlı aparılan monitorinq və aşkarlanan nöqsanlar barədə məlumat verib.

Nazirliyin aparat rəhbəri Vüsal İbrahimov isə subsidiya ilə bağlı mövcud qanunvericilik haqqında danışıb.

Görüşdə iştirak edən təsərrüfat sahiblərinin problemləri dinlənilib və qeydiyyatı aparılıb.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ