Azərbaycanda 16 marşrut xəttinin sahibi dəyişdi
Tarix: 26-07-2023, 16:48
Baxılıb: 1 569
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycanda 16 marşrut xəttinin sahibi dəyişdi

26-07-2023, 16:48

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakı-Biləsuvar, Bakı-Qazax, Bakı-Ağcabədi, Bakı-Lənkəran, Bakı-Quba, Bakı-Qusar, Bakı-Qusar (SDK), Bakı-Xaçmaz, Bakı-Nabran, Bakı-Xudat, Bakı-Şabran, Bakı-Oğuz, Bakı-Göyçay şəhərlərarası, Mingəçevir 5 nömrəli şəhərdaxili müntəzəm avtobus marşrutlarını, eləcə də “Ceyranbatan qəsəbəsi-“Xocəsən” metro stansiyası-Ceyranbatan qəsəbəsi” və “Masazır qəsəbəsi-“Xocəsən” metro stansiyası-Masazır qəsəbəsi” marşrut xətlərini müsabiqəyə çıxararaq qalibləri müəyyən edib.

Bu barədə AYNA-dan bildirilib.

Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” qanuna, Nazirlər Kabinetinin 3 aprel 2009-cu il tarixli qərarı ilə təsdiqlənmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunub.

Müsabiqənin qalibi olan 21 fiziki və 8 hüquqi şəxsin hər biri ilə daşıyıcı qismində sərnişindaşıma fəaliyyətinin göstərilməsi üçün qanunamüvafiq qaydada müqavilə imzalanıb və onlara hazır sənədləri “Bakı KOB evi”ndə AYNA-nın əməkdaşları təqdim edib.

“Bakı KOB evi”ndə daha bir məntəqə – Gəncə Beynəlxalq Avtovağzal Kompleksinə 1-ci kateqoriyalı avtovağzal pasportu verilib. Bununla da 33 avtovağzal və 15 avtostansiya olmaqla ölkə üzrə pasportlaşdırılan məntəqələrin sayı 48-ə çatdırılıb.

AYNA avtovağzal və avtostansiyalar olmayan regionlarda da məntəqələrin yaradılmasını və pasportlaşdırılmasını planlaşdırır.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ