Valideynlər bağça rəhbərinin fəaliyyətindən razılıq edirlər
Tarix: 20-07-2023, 14:24
Baxılıb: 2 646
Google+ Paylaş
Tumblr Paylaş

Valideynlər bağça rəhbərinin fəaliyyətindən razılıq edirlər

20-07-2023, 14:24

İsti yay günlərində valideynlərin qayğılarından biri də uşaqları baxçaya qoymaqdan ibarətdir. Havaların isti keçməsinə baxmayaraq yolumuz Lökbatan qəsəbəsində yerləşən, Şəhid Vüqar Əsədov adına körpələr evi - uşaq bağçasına düşdü və oranın müdiri Əsli Alıyeva ilə görüşüb söhbət etdik. 
Əsli Aliyeva bizimlə söhbət edərkən dedi ki, rayonumuzda uşaqlar bağça yaşına çatdıqda valideynlər öz uşağını həvəslə bizim bağçaya təhvil vermək haqqında düşünürlər. Ona görə ki, biz uşağı psixoloji hazırlıqdan əlavə fiziki cəhətdən də bağçaya hazırlamaq üçün nə lazımsa edirik. Bizdə bağça rejimi ilə tanış olub gedənlər uşağını tədricən həmin rejimə uyğunlaşdırmaq üçün özləri cəhd edirlər.
Biz bundan əlavə uşaqların ədəbi bacarıqları, riyazi və digər bacarıqlarının formalaşmasına körpəlik dövrlərindən başlayaraq hər gün çalışırıq və onlarda bu qabiliyyət sürətlə inkişaf etməyə başlayır və erkən uşaqlıq dövrlərində bu inkişaf davam edir.  
Uşaqların öyrənmək cəhdlərini formalaşdırmaq təcrübə və savad tələb edir.  
Əsli xanım bildirir ki, bağçaya gələn uşaqları evdə tərbiyə olunan uşaqlardan fərqləndirən əsas cəhətlərdən biri də gün rejimidir. Uşaq bağçasında uşaqlar müəyyən standartlara uyğun olaraq, əvvəlcədən hazırlanmış rejimə uyğunlaşırlar. Bu müsbət cəhətdir. Belə sistem dəcəl, ərköyün uşağı da səliqəli, dəqiq, intizamlı olmağa həvəsləndirir. O, yoldaşlarına baxıb onlarla birlikdə hərəkət edir. Bundan başqa yuxu uşağın həm fiziki, həm də psixoloji durumuna təsir göstərir. Bağçada uşaqların yaşından asılı olaraq yuxu saatı fərqlidir. Normal yatan uşaq gün ərzində daha təmkinli olur. Sərbəst oynayır, böyükləri narahat edib özünə diqqət cəlb etmir.
 Bəzi valideynlər düşünürlər ki, uşaq günorta yatmasa, gecə rahat və uzun müddətli yatar. Bu səhv fikirdir. Əksinə uşaq günorta yatmadıqda, onun yuxusu pozulur və o gecə daha da narahat olur . 
Əsli xanım bildirir ki, "Səhər yeməyi uşaq bağçasında günün ilk yeməyidir. 4 yaşından etibarən uşaqlara masada kömək edirlər. Bu, özünəxidmət bacarıqlarının və məsuliyyətin inkişafına kömək edir. Təhsil fəaliyyəti uşaqlarda dərs şəklində baş tutur. Yaşdan asılı olaraq, onlar 7 dəqiqədən 25 dəqiqəyə qədər davam edir. Oyun forması onlara yeni bilikləri yaxşı öyrənməyə imkan verir". 
Bu və digər fikirləri söyləyərkən Əsli xanımın əsl tərbiyəçi və pedaqoq olduğu hiss olunur. Həmin gün həm də Əsli xanımın ad günü idi. O bizi biz də onun media işçilərinin bayramına təsadüf edilən ad gününü təbrik etməyə bilməzdik.
Gələcəyimiz olan uşaqların tərbiyəsində Əsli xanım kimi fədakar insanların zəhməti danılmazdır. Biz bu şərəfli yolda Əsli Alıyevaya uğurlar, can sağlığı, ailə səadəti işlərində isə yeni-yeni müvəffəqiyyətlər arzulayır və doğum gününü təbrik edirik.
Günel ƏHMƏDQIZI
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ