Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) vətəndaşların müraciətləri üçün yeni Vatsap hesabını aktivləşdirib.
Bu barədə BDYPİ-nin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə şöbəsinin rəisi Rövşən Tağıyev məlumat paylaşıb.
O qeyd edib ki, sosial şəbəkələrdə vətəndaşlardan gələn çoxsaylı müraciətlər nəzərə alınaraq, belə bir addım atılıb:
“Artıq siz də yollarda qarşılaşdığınız və qeydə aldığınız yol hərəkəti qaydası pozuntularına dair video və foto görüntüləri bu hesaba göndərə, yollarda ictimai nəzarətin həyata keçirilməsində iştirak edə bilərsiniz. Məqsəd yollarda təhlükəsizliyin təmin edilməsi, qəzaların qarşısının alınması və sürücü intizamının yüksəldilməsidir.
Xahiş edirik nəzərə alasınız ki, Vatsap hesabı yalnız foto və video göndərilməsi üçün nəzərdə tutulub”.
Qeyd edək ki, Vatsap nömrəsi budur: 050 800 09 02//axar.az

Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur