Sabah Bakıda 36 dərəcə isti olacaq - PROQNOZ
Tarix: 14-07-2023, 14:00
Baxılıb: 1 551
Google+ Paylaş
Tumblr Paylaş

Sabah Bakıda 36 dərəcə isti olacaq - PROQNOZ

14-07-2023, 14:00

Sabah Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütununda 755 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 55-65%, gündüz 35-45% olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Bəzi şimal və qərb rayonlarında arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək. Gecə və səhər bəzi rayonlarda duman. Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti, dağlarda gecə 11-16° isti, gündüz 18-23° isti olacaq.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ