Axtardığı söhbəti tətbiqdə tapa bilməyən və hər zaman eyni emojilərdən istifadə etməkdən bezənlərə Whatsapp yeni təkliflər təqdim edib.
Bu barədə Whatsapp tərtibatçıları məlumat yayıb.
Belə ki, Whatsapp söhbətləri kateqoriyalara bölünəcək. Whatsappın Android Beta versiyasında ortaya çıxan yeni funksiyalardan birincisi Whatsappdan daha rahat istifadə etməyə imkan verəcək söhbət kateqoriyası olacaq. Whatsapp keçmiş söhbətləri tapmaqda çətinlik çəkənlər üçün proqrama söhbət filtrlərini gətirir.
Hələ ki, "Oxunmamış", "Şəxsi" və "İş" adlı 3 fərqli mövzuya bölünən söhbət filtrlərinə kliklədiyiniz zaman yalnız həmin kateqoriyadakı çatların siyahıya alındığını görəcəksiniz. Bu funksiya iş və təsadüfi söhbətləri ayırmaq üçün faydalı olsa da, "qruplar" üçün filtrin olmaması çatışmazlıq sayıla bilər. Təfərrüatın tezliklə ortaya çıxacağı gözlənilir.
Həmçinin, Whatsapp daha rəngarəng söhbət üçün stiker təklifləri təqdim edəcək. Android Beta versiyasında ortaya çıxan bu xüsusiyyət vasitəsilə istifadə etdiyiniz emojiyə uyğun olaraq stiker təkliflərini görə biləcəksiniz.

"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq
Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb