Milli Məclisin bu gün keçirilən plenar iclasında kredit tarixçələrindəki məlumatı düzgün və vaxtında təqdim etməyən nisyə mal alqı-satqısı ilə məşğul olanların 12 min manata qədər cərimələnməsin nəzərdə tutan qanun layihəsi III oxunuşda təsdiq edilib.
Söhbət İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsindən gedir.
Dəyişikliyə əsasən “Kredit büroları haqqında” qanunun 12.1-ci maddəsində göstərilən nisyə mal alqı-satqısı ilə məşğul olan şəxslər tərəfindən “Kredit büroları haqqında” qanunun tələblərinə uyğun olaraq kredit tarixçələrini təşkil edən məlumatın kredit bürosuna həmin Qanunda müəyyən olunmuş qaydada təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə görə vəzifəli şəxslər 1 500 manatdan 2 000 manatadək məbləğdə, hüquqi şəxslər 10 000 manatdan 12 000 manatadək məbləğdə cərimə ediləcək.

Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...