Qurban bayramına sayılı günlər qaldığı üçün əhali bazarlara üz tutur. Bəs qurbanlıq qoyunu necə seçməliyik?
Məsələ ilə bağlı açıqlama verən satıcı Atakişi Hüseynov bildirib ki, qurbanlıq seçərkən qoyunun qulaqlarına diqqət etmək lazımdır:
“Əgər qoyunun qulağı aşağı doğru sallanırsa, deməli, qoyunda xəstəlik var. Məsləhət görərdim bazarlarda qoyun seçərkən onun yeriməsinə də diqqət etsinlər. Çünki heyvan yavaş hərəkət edirsə, bu onun xəstə, ya da qoca olmasının göstəricisidir”.
Satıcı qeyd edib ki, hazırda bazarda qiymət artımı yoxdur:
“Hələlik qiymətlər eynidir. Quzunun diri çəkisinin 1 kiloqramı 7,50-8 manat arası dəyişir. Bayrama yaxın isə qiymət artımı gözləniləndir”.

Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu