Çimərliklər açıldı - Bu ərazilərdə pulsuzdur
Tarix: 15-06-2023, 14:05
Baxılıb: 1 551
Google+ Paylaş
Tumblr Paylaş

Çimərliklər açıldı - Bu ərazilərdə pulsuzdur

15-06-2023, 14:05

Nümunəvi ictimai çimərliklər ziyarətçilərin istifadəsinə verilib.

Paytaxtın Şıx, Görədil, Novxanı, Buzovna, Pirşağı və Sahil qəsəbələrində baxımsız sahilyanı ərazilərdə yaradılan pulsuz ictimai çimərliklərdə təmizlik, abadlıq və digər hazırlıq işləri tamamlanıb və ziyarətçilərin istifadəsinə hazır vəziyyətə gətirilib.

Sakinlərin rahat və təhlükəsiz istirahəti üçün çimərlik ərazilərinə Fövqəladə Hallar Nazirliyinin xilasetmə məntəqələri, tələbata uyğun miqdarda kölgəliklər, soyunub-geyinmə və duş kabinaları, sanitar qovşaqlar, söhbətgahlar, oturacaqlar və şezlonqlar, zibil konteynerləri yerləşdirilib, futbol və voleybol meydançaları yenilənib və istifadə üçün hazır vəziyyətə gətirilib. Yaradılan bütün imkanlar ödənişsiz istifadə üçün nəzərdə tutulub//metbuat.az
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ