Pensiyaçılar istənilən bankomatdan vəsaitlərini faizsiz çıxara bilməlidir
Tarix: 12-06-2023, 21:09
Baxılıb: 2 456
Google+ Paylaş
Tumblr Paylaş

Pensiyaçılar istənilən bankomatdan vəsaitlərini faizsiz çıxara bilməlidir

12-06-2023, 21:09

“Mərkəz Bankın 2023-cü ildə bir rəqəmli inflyasiya proqnozunun hansı modelə əsaslandığının izahatı vacibdir”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov təmsil olunduğu komitənin iclasında bank qanunvericiliyinə təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deyib.
Deputat qeyd edib ki, Mərkəzi Bankın inflyasiya proqnozunun hansı metodologiyaya əsaslanmasına aydınlıq gətirilməlidir.
O xatırladıb ki, 2022-ci ildə Mərkəzi Bank valyuta bazarında 2 milyard 48 milyon dollar alıb, yəni sterilizasiya edib: “Analoji dövrdə idxal 22 faizdən çox artıb. İdxalın artması fonunda hərraclarda valyutaya tələbin azalması nə ilə bağlıdır? Burada inzibati alətlərdən istifadə olunurmu?
Son 1 ayda qeyri-işlək kreditlərinin həcmi 749 milyon manatdan 770 milyon manatadək artıb. Bu müddətdə problemli kreditlərin həcmi də artıb. Belə ki, bu müddətdə problemli kreditlərin həcmi 590.5 milyon manatdan 591.8 milyon manatadək yüksəlib”.
Deputat pensiyaçıların və eləcə də sosial qrupların plastik kartlarından istifadənin asanlaşdırılması ilə bağlı təklif səsləndirib: “Bəzi MDB ölkələrində pensiya və sosial yardım kartlarından hansı bankın bankomatı olmasından asılı olmayaraq, vəsaitin nağdlaşdırılması zamanı faiz tutulmur. Azərbaycanda xüsusən regionda yaşayan pensiyaçılarımız üçün vəsaitləri nağdlaşdırmaqda çətinliklər var. Bəzən pensiyaçılar kartdan pul çıxarmaq üçün digər kəndə və ya rayon mərkəzinə getmək məcburiyyətində qalırlar. Bu baxımdan Azərbaycanda da bankomatın hansı banka məxsus olmasından asılı olmayaraq pensiya və sosial kartlardan vəsait nağdlaşdırması zamanı heç bir faiz tutulmamasını təklif edirəm”.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ