Türkiyədə Sərvər Bəşirlinin avtomobilinin maketi hazırlandı –VİDEO
Tarix: 31-05-2023, 23:40
Baxılıb: 2 399
Google+ Paylaş
Tumblr Paylaş

Türkiyədə Sərvər Bəşirlinin avtomobilinin maketi hazırlandı –VİDEO

31-05-2023, 23:40

Türkiyənin Karabük vilayətində yaşayan Ferhat Karapınar Kahramanmaraşdakı zəlzələlərdən sonra qardaş ölkəyə yardıma tələsən azərbaycanlı Server Beşirlinin köhnə avtomobilinin maketini hazırlayıb.
Safranbolu Meşə İdarəsi Müdirliyində çalışan 42 yaşlı türkiyəli 5 il əvvəl diorama (üç ölçülü boyama, modelləşdirmə) texnikası ilə tullantı materiallarından istifadə edərək müxtəlif fiqurlar düzəltməyə başlayıb.
O, təbii fəlakətdən sonra məşhurlaşan həmyerlimizin xeyirxah əməlini əbədiləşdirmək qərarına gəlib.
Karapınar təxminən bir həftəlik zəhmət nəticəsində yaratdığı maketi müdirliyin iş otağında sərgiləyir. O, gələcəkdə qurmağı planlaşdırdığı muzeydə həmin maketi və bu günə qədər hazırladığı 50-yə yaxın əsərini təqdim etmək istəyir.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ