Təhsilimizə biganə qalmayaq!
Tarix: 24-05-2023, 21:30
Baxılıb: 2 670
Google+ Paylaş
Tumblr Paylaş

Təhsilimizə biganə qalmayaq!

24-05-2023, 21:30

Bir milləti məhv etmək üçün, o milləti təhsildən uzaq tutmaq kifayət edir.
 Təhsildən uzaq olan ya uşaq, ya yeniyetmə, ya da gənclərimiz qeyri-ixtiyari İran kimi dövlətlərin xüsusi xidmət orqanlarının tələsinə tez düşə bilir. Gələcəklərimizi, təhsilimizi nəzarətsiz qoya bilmərik. Birdə görürsən ki, valideyinin biri (əgər onlara valideyin demək mümkündürsə) 5 yaşlı uşağının başına yaşıl parçadan "ya hüsen" yazılmış yaşıl parçanı bağlayıb, şəkilini sosial şəbəkələrdə paylaşır. Təssüflər olsun ki, bu şəkilidə yüzlərlə adam möhtəşəm "bəyənmə"klə bəyənir. Etməyin, eləməyin  əziz soydaşlarım. Uşaqlarınıza şeir öyrədin qəhrəman şəhidlərimizdən, igid qazilərimizdən danışın. Fars mollalarının bizə sıradığı "hüseyn" nağılındansa, elə öz "Məlik Məmmədimizin " nağılını danışın.
    Ölkədəki təhsilimizin ürək açan olmaması bir yana, bir parça çörək dalısıca  Türkiyə, Rusiya və başqa ölkələrə üz tutan soydaşlarımızın uşaqları daha da faciəli şəraitdədirlər. Türkiyədə yaşayan soydaşlarımız son bir neçə ilə qədər bu sahədə daha acınacaqlı vəziyyətdə idilər. Məktəbsizlik dərdindən valideyinlər uşaqları ya ağır iş şəraitində, zavod və fabriklərdə özləri ilə bərabər işlədir ya da sahibsiz qalan uşaqlar saqqal buraxaraq qoşulurdu "tinərçilərə".
    Amma hər dərdin bir dərmanı olduğu kimi, bu nəsələnində dərdinə çarə tapan vətən övladlarıda var, və tapılır.
Son vaxtlar, Türkiyənin İstanbul şəhərində bir-iki məktəb açılıb. Təqdirə laiqdir, hərçənd ki, bu məktıblərdə bəzi işbazlar qaz vurub qazan doldurur, ancaq  vətənimizin xeyir sevər ihsanları da var ki, heç bir mənfəət güdmədən  gələcəyimiz olan uşaqlarımızı aydınlatmağa çalışır. Bu təşəbbüsçülərdən biri, Şərur rayon Dizə kəndində yaşayan  Şahin Abbasovdur. Şahin bəy Türkiyədə Mübariz İbrahimov adına açılmış yeni məktəbə azacıq da olsa yardım edir. Amma məktəbin maliyyəsinin çoxluğu hər kəs kimi Şahin bəyi də narahat edir. 
Və beləliklə Vətənimizin, xalqımızın xeyriyyəçi oğlu, Mübariz Mənsimovla görüşməyi qərara alır. Mübariz bəy məsələdən hali olan kimi məktəbi öz himayəsinə götürür. Nəinki heç bir uşaqdan təhsil haqqı alınmır, hətta hər bayram və əlamətdar günlərdə bütün uşaq və müəllimləri hədiyyələrlə sevindirir. Mübariz bəy, bundan başqa körpələr üşün uşaq baxçası açılmasına da göstəriş verib və yenə də bütün xərcləri öz üzərinə götürüb.
    Və bizə də düşən odur ki, xalqımızın övladlarının gələcəyinə, təhsilinə xeyriyyəçilik edən bütün insanlara təşəkkürümüzü bildirək.
Ədib İSAOĞLU

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ