Yeni təsdiqlənən ''Elektroenergetika haqqında'' qanun elektrik enerjisinin qiymətinin artmasına səbəb olmayacaq. Əksinə, bu qanun hazırda istehsalı və satışı yalnız azərenerji və azərişıq tərəfindən həyata keçirilən enerji sektorunda özəl iştirakçıların fəaliyyət göstərməsinə şərait yaradacaq.
Bu baarədə Energetika Nazirliyindən verilən açıqlamada deyilir.
Nazirlikdən bildirilib ki, yeni qanuna əsasən stansiya qurub enerji depolayan özəl şirkətlər istehlakçılara elektrik enerjisi sata biləcəklər.
Energetika Nazirliyinin şöbə müdiri Ələsgər Həsənov "Xəzər Xəbər"ə deyib ki, bu qanunda elektrik enerjisinin pərakəndə qiymətinin sərbəstləşməsindən söhbət getmir. Burada tariflər yenə də dövlət tərəfindən tənzimlənəcək.
Şöbə müdrinin sözlərinə görə, yeni qanun xüsusilə böyük müəssisələrə enerji təminatçısını seçmək şansı verəcək. Onlar enerjini ən ucuz satan təminatçı ilə müqavilə bağlaya biləcəklər.
Bütövlükdə, bazarda müstəqil enerji istehsalçılarının artması keyfiyyətin də yüksəlməsinə səbəb olacaq.
Qeyd edək ki, yeni qanun 2024-cü ildən qüvvəyə minəcək və mərhələli şəkildə tətbiq ediləcək//metbuat.az

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi