Mərkəzi Bankın qərarı ilə lisenziyası ləğv edilən “Günay Bank”da olan əmək haqqı və plastik kartlardakı vəsaitlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən kompensasiya ediləcək.
Bu sözləri iqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov qeyd edib.
“Həmin kartlarda olan pullar dövlət tərəfindən vətəndaşlara ödəniləcək. Belə ki, fiziki şəxslərin kartlarında olan vəsaitlər ləğvedici təyin edildikdən sonra qanunvericiliyə uyğun olaraq qorunan əmanət kimi vətəndaşlara ödənilir. Bunun üçün ləğvedici tərəfindən agent bank seçilir və həmin vəsaitlərin qaytarılması müəyyən edilmiş qaydada həyata keçirilir. Prosesə yaxın zamanlarda start veriləcəyi gözlənilir”, - V.Bayramov bildirib//axar.az

Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb