“WhatsApp”da yeni funksiyanı işə salıb.
İstifadəçilər artıq profildə abunə olduğu kanalların siyahısını müşahidə edə biləcək. “WABetaInfo”nun məlumatına görə, yeni funksiya hələlik test mərhələsindədir və “iOS”, “beta” versiyasında istifadəyə verilib. Siyahı “Status” bölməsində yerləşdirilib. Bildirilir ki, yeni bölmənin adı “Yeniləmələr” olacaq. Bu yenilik istifadəçinin cari vəziyyətini və abunəliyini ehtiva edir.
Qeyd edək ki, bu funksiya “Telegram”dan götürülüb. Buna görə də WhatsApp”dakı kanalların “Telegram”dakı kanalların prinsipinə uyğun qurulacağı güman edilir. Belə ki, istifadəçilər hansı kanala abunə olarsa lentdə həmin kanalların məzmununa baxa biləcəklər.

Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur