Heydər Əliyev bənzərsiz SİYASİ LİDER İDİ
Tarix: 5-05-2023, 10:55
Baxılıb: 2 062
Google+ Paylaş
Tumblr Paylaş

Heydər Əliyev bənzərsiz SİYASİ LİDER İDİ

5-05-2023, 10:55

4 may 2023-cü ildə Qaradağ rayonu Səngəçal qəsəbəsində yerləşən Nəriman Nərimanov adına Neft-Qazçıxarma İdarəsində, 109 saylı ƏPT-nın təşəbbüsü ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar yığıncaq keçirildi.
Yığıncaqda iştirak edən müəssisənin əməkdaşları və YAP üzvləri əvvəlcə ümummilli lider Heydər Əliyevin idarənin inzibati binasının foyesində qoyulmuş abidəsinin önünə gül dəstələri qoyublar.
Yığıncaqda çıxış edən N.Nərimanov adına NQÇİ-nin rəisi Qoçalı Mahmudov Ümummilli lider Heydər Əliyevin müasir, müstəqil Azəırbaycan dövltinin qurulmasındakı xidmətlərindən danışıb. Bildirib ki, məhz Ulu öndərin müəyyən etdiyi neft strategiyası nəticəsində Azərbaycan regionun lider dövlətinə, həmçinin Avropa ölkələrinin enerji təminatında etbarlı tərəfdaşa çevrilib. Prezident İlham Əliyevin həmin strategiyanı uğurla davam etdirməsi nəticəsində Azərbaycan bu gün də dünyanın enerji təchizatında mühüm rola malikdir.
Yığıncaqda çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev Ümummilli lider Heydər Əliyevin bənzərsiz dövlət xadimi olduğunu, həm Sovet gakimiyyəti, həm də müstəqillik illərində Azərbaycanın adının bütün dünyada genuş tanınmasında göstərdiyi xidmətlərdən danışıb. Bildirib ki, Ulu öndərin bazar iqtisadiyyatına uyğun olaraq həyata keçirdiyi islahatlar, hazırladığı nəhəng iqtisadi layihələr Azərbaycanı bütün dünyada demokratik və hüquqi dövlət kimi geniş tanıdıb. Məhz onun hazırladığı inkişaf strategiyasının Müzəffər Ali baş Komandan, Prezident İlham Əliyevi tərəfindən uğurla və yaradıcı şəkildə həyata keçirilməsi ərazilərimizin bərpa olunması, burada böyük quruculuq işlərinin başlanmasına şərait yaradıb. Bu gün Azərbaycan dünyada müstəqil siyasət yeridən, öz sözünü deyən qüdrətli ölkə və etibarlı tərəfdaş kimi böyük hörmət qazanıb. Regionumuzda və ətraf aləmdə baş verən bütün siyasi proseslərdə və iqtisadi layihələrdə Azərbaycan mühüm söz sahibidir.
Qafar Əliyev, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının cəmiyyətimizin inkişafındakı rolundan da danışıb. Bildirib ki, YAP öz sıralarını genişləndirərək, cəmiyyətimizin aparıcı qüvvəsi kimi öz rolunu gündən-günə artırır. Bununla yanaşı, dövlətimizin başçısının rəhbərlik etdiyi YAP-ın sıralarının genişlənməsinə də xüsusi diqqət yetirmək lazımdır. O, eyni zamanda YAP üzvlərinin ictimai-siyasi prosesləri ciddi şəkildə izləməklə sosial şəbəkələrdə fəal iştirak etməsinin, partiya tərəfindən verilən tapşırıqların operativ şəkildə icra olunmasının zəruriliyini də tövsiyə edib.
Yığıncaqda çıxış edənlər: 109 saylı ƏPT-nın sədri Lamiyə İsmayılova, N.Nərimanov adına NQÇİ-nin əməkdaşı Anar Orucov və digərləri Ümummilli lider Heydər Əliyevin müsair Azərbaycan dövlətinin inkişafında göstərdiyi böyük xidmətlərdən danışıblar. Onun əsasını qoyduğu inkişaf strategiyasının Azərbaycanın uğurlarında oynadığı mühüm rolu vurğulayıblar. Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının rifah-halının yaxşılaşmasında, torpaqlarımızın düşməm işğalından azad olunmasında əvəzedilməz xidmətlər göstərdiyini bir daha qeyd ediblər.
Bilman İSAQ


скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ