Şəkidə 30 yaşlı qadın itkin düşüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayonun Zunud kənd sakini, 1993-cü il təvəllüdlü Məmmədova Tünzalə Etibar qızı aprel ayının 15-i günorta saatlarında evdən çıxaraq naməlum istiqamətə gedib və indiyədək geri qayıtmayıb.
Tünzalə Məmmədovanın əlamətləri bunlardır: boyu 155 sm, gözləri qəhvəyi rəngdədir. Evdən çıxarkən əynində ağ rəngli köynək, köynəyin üzərindən qara jilet və qara rəngli şalvar olub.
Onu tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102" Xidməti Zəng Mərkəzinə, eləcə də Şəki Şəhər Rayon Polis Şöbəsinin (024) 244-25-50 şəhər və 055-628-00-84 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu