Formula 1 Azərbaycan Qran Prisi ilə əlaqədar olaraq Qoşa Qala, Əziz Əliyev küçəsi və Neftçilər prospekti istiqamətindən İçərişəhər ərazisinə piyadaların giriş-çıxışına məhdudiyyət tətbiq olunub.
Bu barədə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi məlumat yayıb.
Digər bütün girişlərdən (müvəqqəti quraşdırılmış yerüstü keçidlərdən də istifadə edərək) İçərişəhər ərazisinə giriş-çıxışın sərbəst olduğu bildirilib:
“Qoşa Qala istiqamətindən giriş məhdudiyyətini nəzərə alaraq, İçərişəhər ərazisində iki müxtəlif yerdə (“İçərişəhər” metro stansiyasının arxası və Sabir bağı istiqamətindən giriş) səyyar turizm informasiya köşkləri quraşdırılmışdır. Muzey və turlarla bağlı məlumatları səyyar köşklərdən əldə edə bilərsiniz”.
Qeyd edək ki, piyadalar üçün giriş məhdudiyyəti 2 may saat 08:00-dək davam edəcək.

Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu