Pensiya və müavinətlər yenidən artacaq
Tarix: 25-04-2023, 13:29
Baxılıb: 1 556
Google+ Paylaş
Tumblr Paylaş

Pensiya və müavinətlər yenidən artacaq

25-04-2023, 13:29

2023-cü ilin dövlət büdcəsinə yenidən baxılacaq.

Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən İqtisadi Şuranın iclasında bununla bağlı tapşırıqlar verilib.

Məsələyə münasibət bildirən millət vəkili Naqif Həmzəyev "Xəbər Ertəsi"nə deyib ki, dövlət büdcəsinə yenidən baxılması xüsusilə sosial sahələrə müsbət təsir edəcək.

Onun sözlərinə görə, vətəndaşlar da büdcəyə edilmiş dəyişiklikləri hiss edəcəklər.

İqtisadçı ekspert Rəşad Həsənov isə vurğulayır ki, büdcəyə yenidən baxılması gözlənilən idi. İqtisadçı qeyd edir ki, dövlət büdcəsinə yenidən baxılarkən ilk növbədə sosial müavinət, təqaüd məsələlərində gəlirlərin yenidən dəyərləndirilməsinə ehtiyac var.

Ekspert deyir ki, məşğulluq tədbirlərinin planlanması və effektivliyin artırılması məqsədilə də əlavə vəsaitlər nəzərdə tutula bilər.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ