Hacı Şahinin yerinə kim keçəcək? - QMİ-dən açıqlama
Tarix: 21-04-2023, 15:47
Baxılıb: 1 490
Google+ Paylaş
Tumblr Paylaş

Hacı Şahinin yerinə kim keçəcək? - QMİ-dən açıqlama

21-04-2023, 15:47

“Məşədi Dadaş məscidinin axundu mərhum Hacı Şahin Həsənlinin yerinə təyinat olacaq”.

Bunu Teleqraf.com-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev deyib.

Sədr müavini xatırladıb ki, yanvar ayından məscidlərə din xadimlərinin təyinatı və onların azad edilməsi səlahiyyəti Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə verilib: “İnşallah, mərhum Hacı Şahin Həsənlinin yerinə təyinat olacaq. Məsləhətli insanlar var. Yəqin ki, Komitə bunu qərarlaşdırıb həmin şəxsi attestasiyadan keçirəcək və ora savadlı bir insan təyin olunacaq.

Allah Hacı Şahin qardaşımıza rəhmət eləsin. Ruhu şad olsun!”.

Qeyd edək ki, Məşədi Dadaş məscidinin imam-camaatı Hacı Şahin Həsənli martın 2-də ürəktutmadan vəfat edib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ