Bakıda bayram namazı qılındı
Tarix: 21-04-2023, 09:04
Baxılıb: 1 525
Google+ Paylaş
Tumblr Paylaş

Bakıda bayram namazı qılındı

21-04-2023, 09:04

Bakıda Ramazan münasibətilə bayram namazı qılınıb.

Namaz Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti Hacı Salman Musayevin imamətliyi ilə Əjdərbəy məscidində qılınıb.

Qeyd edək ki, bayram namazı Təzə Pir məscidində isə saat 09:00-da qılınacaq.

Bu il Azərbaycanda Ramazan ayı martın 23-də başlayıb. Şəvval ayının 1-i (aprelin 21-i) Fitr (Ramazan) bayramıdır. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, aprelin 21-i və 22-si Azərbaycanda Ramazan bayramı qeyd edilir. Aprelin 22-si şənbə gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə uyğun olaraq, aprelin 21-24-ü iş günləri hesab edilmir.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ