Milli  sahibkarlığın  ideya  müəllifi, yaradıcısı  və  böyük  memarı
Tarix: 15-04-2023, 21:59
Baxılıb: 2 207
Google+ Paylaş
Tumblr Paylaş

Milli sahibkarlığın ideya müəllifi, yaradıcısı və böyük memarı

15-04-2023, 21:59

Xuraman Muradova
                                           (Esse)
Vətənpərvərlikinsanındaxilindəkiduyğulardır.Əgər  bunlar yoxdrusa,  o insan  mənəviyyatsızdır.
  Heydər Əliyev
                         Ulu  Öndərin 100  illik yubileyinə  itfah edirəm.
                                                                                                     Müəllif

Tarixlər  boyu  xalqımızın  elə  dahi  şəxsiyyətləri olub  ki, onlar Azərbaycanın tarixində  əbədi  yaşayıb və  xalqımız  tərəfindən sevilib, həmişə hörmətlə yad edilib. Bu dahi  şəxsiyyətlərin  şəninə şeirlər, mahnılar, dastanlar  qoşulub, adları əbədiləşdirilib, heykəlləri  ucaldılıb  və  böyük  sevgi  ilə  anılıblar.
Son  yüz  ildə  xalqımızın yetişdirdiyi  dahi  insanlardan biri, daha dorğusu, birincisi  müasir  Azərbaycanın ideya  müəllifi, qurucusu  və  memarı, ulu öndər, dahi  şəxsiyyət  Heydər Əlirza  oğlu  Əliyevdir. O, həqiqətən də tarixin sınaqlarından keçən, hər sınaqda itirdiyindən çox qazanan millətin gerçək  ümummili Lideri idi. Əbədiyaşar Heydər Əliyev həmişə sevilir, seviləcək və xalqımızın yaddaşında əbədi qalacaq. Dahi lider hakimiyyətə gəldiyi, ölkəmizə rəhbərlik etməyə  başladığı 1969-cu ildən 2003-cü ilə qədər xalqımız üçün əlindən gələni edib. Azərbaycanı  ilk  əvvəl Sovetlər Birliyində və sonra  isə dünyada tanıdıb. Ulu öndər Heydər Əliyev millətimizlə nəfəs alıb, desəm, bu, daha düzgün olardı. İlk dəfə hakimiyyətə gələndə onun bir ali məqsədi olub. Ömrünün qalan hissəsini xalqı üçün yaşamaq. Bunu da biz həmişə görmüşük. Görkəmli şəxsiyyət xalqımızın söykəndiyi əzəmətli bir dağ olub. O, həmişə ədalətin tərəfində idi. Ona görə bu haqda belə bir kəlam demişdi: "Kiməsə qarşı ədalətsizlik edilibsə, bu ədalətsizliyin qarşısını ədalətlə almaq lazımdır. Amma ədalətsizliyə qarşı daha böyük bir cinayət törətmək, ədalətsizlikdən də betərdir”.
Gəlin, yadımıza salaq, 1987-1993-cü illərdəki xaos dövrünü. Xalqımızın vətəndaş qırğınına hazırlaşdığı illəri. 1988-ci ildən mənfur qonşularımız  ermənilər tərəfindən Qarabağda  başlayan  müharibəni. Azərbaycanın bir neçə yerə parçalanaraq bir ölkə kimi süquta yetmək ərəfəsində olduğu illəri. Həmin vaxt xalqın böyük  istəyi ilə ulu öndər Heydər Əliyev hakimiyyətə  gəlməsəydi, vətəndaş qırğını labüd idi və  dünyanın hegemon dövlətləri tərəfindən  Azərbaycan adlı ölkənin süqutuna  artıq rəvac verilmişdi. Dahi Lider o vaxt çıxışlarında belə bir ifadə söyləmişdi: "Demokratiya insanların şüurunda dəyişiklik deməkdir. Bu dəyişiklik inqilabla olmur, təkamül yolu ilə, tədricən gedir”. Ulu Öndər təkamül yolunu seçib, səbrlə, dözümlə buna nail oldu. Beləliklə, həlli qeyri-mümkün olan vətəndaş qırğınının qarşısını məhz dahi rəhbər özünün uzaqgörən siyasəti, böyük səbri, qorxmazlığı  və igidliyi sayəsində aldı və buna nail oldu. Özünün böyük məntiqi çıxışları, hegemon dövlətlərin rəhbərlərini öz ideyasına lazım olan kimi inandırmaqla Azərbaycan dövlətinin dağılmasının qarşısını aldı. Əbədiyaşar Heydər Əliyev burada  atalarımızın bu məsəlinə söykənərək hər dəfə böyük mübarizlərdən qalib çıxandan sonra deyirdi: "Ağıl olan yerdə, gücə heç bir hacət yoxdur”.  Ulu Öndər elə bu ideyası ilə əsrin müqaviləsi olan Bakı-Tbilisi-Ceyhan  neft kəmərini reallaşdırdı.
Biz tarixdən bilirik ki, türkdilli ölkələrin sərkərdələrinin, fatehlərin, ölkə başçılarının bir ali məqsədi olub. Türkdilli xalqları birləşdirmək. Ona görə də həmin adamlarbununla bağlı böyük müharibələr aparsalar dabu istəklərinə nail ola bilməyiblər. Amma ümummili Lider "Ağıl olan yerdə, gücə heç bir hacət yoxdur” kəlamınasöykənməklə bütün türkdilli xalqları iqtisadi cəhətdən Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə birləşdirdi.Bununla da  böyük Turan dövlətinin əsasını qoydu. Bax,  budur Heydər Əliyevin böyüklüyü, dahiliyi və uzaqgörən siyasəti.
Dahi insan inanırdı ki, xalqımız Qarabağ müharibəsindəki məğlubiyyətilə barışmayacaq və tezliklə Vətən müharibəsi olacaq, bu müharibədə biz tərəfdən qalibiyyət qazanılacaqdır. Ona görə də sağlığında demişdi: "Vətən müharibəsi bütün xalqın, hər bir vətəndaşın öz şərəf və namusunu qorumaq üçün aparılan müharibədir!”  Bax,  onun bu kəlamı 44 günlük Vətən müharibəsində  özünü tam doğrultdu.  Ölkə başçımız cənab İlham Əliyevin dərin ağlı, dəmir yumruğu, əsgərlərimizin igidliyi və xalqımızın birliyi bu müharibənin Zəfər ilə başa çatmasını həll elədi.
Azərbaycanda elmin, təhsilin, ədəbiyyatın, incəsənətin, idmanın inkişafında dahi Heydər Əliyevin  böyük xidməti olmuşdur. O, həmişə sülh, barış  tərəfdarı olduğuna görə tanınmış elm, ədəbiyyat, incəsənət xadimlərini bir-birindən qoruyurdu və onların arasında olan konfliktləri, inciklikləri təcili həll edrirdi. Ziyalılara çox böyük üstünlük verirdi və deyirdi: "Ziyalıların, mədəniyyət xadimlərinin, elm xadimlərinin cəmiyyətdə hörmətini qaldırmaq lazımdır”. "Ziyalılıq kütləvi ola bilməz. Alim, şair, bəstəkar, rəssam, yazıçı, artist – bunlar fitri istedada malik olan nadir adamlardır.Onları qorumaq hər bir vətəndaşımızın müqəddəs borcudur”.
Mən uzun illərdir ki, sahibkarlıqla məşğulam. Bütövlükdə xalqımız bilir ki, milli sahibkarlığın da ideya müəllifi, yaradıcısı və memarı məhz Heydər Əlirza oğlu  Əliyev olub. Məhz onunxüsusi diqqəti, qayğısısayəsində milli sahibkarlıq yaranıb, inkişaf  edib. 1990-cı illərdə yenicə müstəqillik tapan bir ölkədə sahibkarlıq sözü bir xəyal idi. Bu xəyalı reallaşdıran məhz dahi rəhbər oldu. Milli sahibkarlığa əbədi bir pasport verdi.Yenicə qanad açan bir quşun qanadlarının tez bir zamanda möhkəmlənməsi üçün ona arxa-dayaq oldu. Sahibkarlar UluÖndərə inanaraq, onu özlərinəuca, əzəmətli  bir dağ bilib öz işlərini qurdular. Respublikamızda böyük quruculuq işlərinə başladılar. Özəl zavodlar, fabriklər, tibb müəssisələri, elm, təhsil  ocaqları tikdilər, yaratdılar. Fermer təsərrüfatları yaradıb kənd həyatını dirçəltdilər. Özəl işlərini qurub çoxlu insanımızı işlə təmin etdilər. Ölkəmizdənköçüb xaricə getməyə hazırlaşan bəzi həmvətənlərimizin  məmləkətimizdə qalmasına, qərib diyarlarda dolanışığı çətin olanların yenidən doğma vətənə qayıtmasına böyükşərait yaradıldı. Bax, bu vəziyyətinbaş verməsi dahi rəhbərə olan böyük  sevgi və məhəbbətdən irəli gəldi.
Digər ölkə başçıları, dünya xalqlarının tanınmış yazıçıları, məşhur siyasət adamları ümummilliLiderimiz haqqında elə maraqlı fikirlər deyiblər ki, onları oxuduqca qəlbim dağa dönür:
Dünya şöhrətli məşhur qırğız yazıçısı Çingiz Aytmatov: "Heydər Əliyev həqiqətən də tarixi, hətta əfsanəvi bir şəxsiyyətdir. Bu, sovet dövründə də belə idi, bugünkü MDB məkanında da, xeyli çətinləşmiş müasir dünya şəraitində də belədir. Heydər Əliyev hər zaman xalqının xidmətində olmuşdur.Heydər Əlirza oğlu XX əsrin ən böyük liderlərindədir. O, müasir demokratik Avrasiyanın yeni tarixinin bugünkü qurucularından biridir”.
Gürcüstanın sabiq Prezidenti Eduard Şevardnadze: "Qafqazın müstəqilliyi və azadlığı işində Heydər Əliyev fenomeninin indinin özündə nə qədər böyük rol oynadığını xalq hələ sonra biləcək”.
Məşhur ABŞ politoloqu Zbiqnev Bjezinski: "Heydər Əliyev siyasi cəhətdən möhkəm, məntiqli, zəkalı, istədiyini tez çatdıran şəxsiyyət-bir sözlə, şəksiz liderdir”.
Türkiyənin sabiq Baş naziri Bülənd Ecevit: "Qüdrətli öndərsiz bir millət heç nəyə nail ola bilməz. Heydər Əlirza oğlu Atatürk qədər qüdrətli bir türkdür. Heydər Əlirza oğlu min ildən bir yetişən dahilərdəndir”.
Fransanın sabiq Prezidenti Jak Şirak: "Bu qeyri-adi şəxsiyyət Azərbaycanı tərəqqi yoluna gətirib çıxarmışdır. Müxtəlif görüşlərimiz zamanı, xüsusilə Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirələr apararkən münaqişənin sülh yolu ilə həllində onun göstərdiyi cəsarəti, müdrikliyi və qətiyyəti yüksək qiymətləndirdim.
...Azərbaycanın bəxti onda gətirib ki, bu ölkəyə Prezident Heydər Əliyev kimi böyük siyasi iradəyə, zəngin dövlətçilik təcrübəsinə malik, müdrik, uzaqgörən və nüfuzlu dövlət xadimi rəhbərlik edir”.
Ukraynanın sabiq Prezidenti Leonid Kuçma: "Azərbaycanın əvəzsiz lideri Heydər Əliyev mənim və Ukrayna xalqının yaxın dostu idi. Bizim dostluq münasibətlərimiz onun sayəsində inkişaf edib möhkəmlənmişdir. Heydər Əliyev dahi insan, müdrik şəxsiyyət idi. Əminəm ki, Azərbaycan xalqı Heydər Əliyevin böyüklüyünü hələ bundan sonra daha dərindən dərk edəcək”.
BMT-nin sabiq baş katibi Butros-Butros Qali: "Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin simasında özümə yaxın dost və sirdaş tapmağımdan məmnunam. Mən Heydər Əliyevə böyük hörmət və ehtiram bəsləyirəm, onun siyasi fəaliyyətini və məharətini, uzaqgörənliyini yüksək qiymətləndirirəm”.
... Yüzdən çox belə tanınmış insanın dahiLiderimiz haqqında dediyi sözləri zaman gəlir, xalqımız daha dərindən dərk edir. Ulularımız doğru deyirlər ki, dağın ucalığı, əzəməti ondan aralandıqca daha yaxşı görünür. Biz də əbədiyaşar Heydər Əliyevin böyüklüyünü indi daha çox anlayırıq.
Mən buna varlığım qədər inanıram ki, dahi şəxsiyyət, müasir , müstəqil Azərbaycanın ideya müəllifi, qurucusu və memarı, milli sahibkarlığın əsasını qoyan, sevilən və seçilən  HeydərƏlirza oğlu Əliyevxalqımızın qəlbindədaim yaşayır və yaşayacaqdır!
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ