Bütün dünyanın məharətli, ağıllı bir siyasətçi kimi tanıdığı, Azərbaycanın, türk dünyasının fəxri olan Heydər Əliyevin yüz yaşı tamam olur. Heç bir mübaliğə olmadan deyə bilərik ki, ötən yüz il ərzində ölkəmiz üçün ən mühüm hadisələrdən biri, belə bir fövqalədə qabiliyyətə malik insanın olması, fəaliyyət göstərməsi olub. Onun fəaliyyəti ölkəmizin müqədəratında olduqca mühüm rol oynamış, bütün yer üzündə öz dövrünün ictima-siyasi hadisələrinə müxtəlif dərəcələrdə təsir etmişdir. Yaşlı insanların danışdıqları, tarixi sənədlər təsdiq edir ki, bu parlaq şəxsiyyətin 1982-ci ildə SSRİ – nin rəhbərləri sırasına daxil olmasıbütün türk dünyasında, müsəlman aləmində necə bir canlanmaya səbəb olmuş, ruh yüksəkliyi yaratmış, bu xalqlarda özünə inam hissinin artmasına səbəb olmuşdur. 
Bakı Dövlət Universitetinin filologiya fakültəsində oxuduğum vaxtlar sosial psixologiya elmi ilə çox maraqlanırdım. Cəmiyyətimizi daha yaxşı başa düşmək üçün bu elm sahəsinə aid olan xeyli məqalələr, kitablar oxuyurdum.Həmin oxuduqlarımın hesabına anladım ki, öz şəxsiyyəti, fəaliyyəti ilə insanların böyük sevgisini qazanan şəxslər necə ideallaşır və kütlələrin, xalqın, fərdlərin həyatında, dünyagörüşlərinin, daxili aləmlərinin formalaşmasında hansı əvəzsiz rol oynayırlar. Həmin ideal şəxsin xarakteri, xüsusiyyətləri insanlara necə təsir edir. Bunları anladıqda xeyli sevindim. Axı xalqımın da, mənim də qəlbimdə ilhamverici ideal insan Heydər Əliyev kimi müdrik, öz xalqının bütün gözəl xüsusiyyətlərini, müasir dünyanın təcrübəsini təcəssüm etdirən bu qədər nurlu bir insandır. İdealı Heydər Əliyev olan xalqa, şəxsə heç kim qalib gələ bilməz! Bir müəllim kimi, bu fikri öz tələbələrimə də aşılamağa çalışıram. Tarixi təcrübə də dəfələrlə bunu isbat edib.
Mənfur qonşularımızın da başına gələnlər bu fikri təsdiq edir. İdealı Andranik, Nijde olan bu yazıq insanlar, öz ideallarının çirkin niyyətlərinin təsiri altında onlara yaxşılıq edənlərə əllərindən gələn qədər namərdlik edirlər. Sonda isə həmin ideallarının xisləti üzündən biabır olur, öz başlarını min bəlalara soxurlar. Bizim idealımız isə öz qəlbi ilə daima nur saçan, böyüklüyünü bütün dünyanın qəbul etdiyi xeyirxah, əzəmətli bir insandır.
Hər bir insanın davranışında, əməllərində, sözlərində həmin insanın daxili aləmi əks olunur. Mən siyasətçi deyiləm, ona görə də öz dövrünün böyük bir siyasətçisi kimi də tanınan milli qürurumuz olan bu insanın siyasəti ilə bağlı bir fikir deməyim doğru olmaz. Amma hər şey göz qabağındadır. Məhz onun ortaya qoyduğu, indi isə hörmətli prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin həyata keçirdiyi siyasət hesabına ölkəmiz dünyanın qabaqcıl ölkələri sırasına çıxır, Qarabağ problemimiz həll olunur, türk xalqlarının bir-biri ilə qardaşlıq əlaqələri güclənir, xalqımızın haqq işini, mövqeyini dəstəkləyənlər çoxalır.
Mən filoloqam, xanəndəyəm və müəlliməm. Heydər Əliyevin ədəbiyyat və incəsənət, təhsil işçilərinə göstərdikləri diqqət və qayğı barədə xeyli məlumatım var. Xüsusilə onun hər bir konsertdən, teatr tamaşasından sonraistedadlı ifaçılarla etdiyi söhbətlər, gənclərimizi təhsil almaq üçün SSRİ-nin ən qabaqcıl ali məktəblərinə göndərməsi, ölkədə yeni təhsil sahələrinin açılması ilə bağlı fəaliyyəti xalqımızı yeni uğurlara həvəsləndirirdi.
Bu dahi insanın siyasətinin, işığının, nurunun davamçısı olan ölkəmizin birinci xanımı, birinci vitse prezident Mehriban Əliyeva incəsənətimizin, musiqimizin, muğamımızın inkişafına böyük dəstək verir. Bu sahədə qazanılan uğurlar insanlarımızın mənəvi inkişafına kömək edir…
Nə yaxşı ki, Nizami, Tusi, Nəsimi, Xətai, Nadir şah yetirən xalqımızın bizim dövrdə Heydər Əliyev kimi əfsanəvi, dahi bir övladı oldu.Bu insan zəmanəmizdə, dövrümüzdə öz nuru, işığı ilə böyük xilaskara çevrildi, xalqımızı bir çox qorxunc bəlalardan qurtardı. Bir daha təkrar etmək istəyirəm, xalqımızın, xüsusi ilə gənclərimizin böyük əksəriyyətinin qəlbində ilham verən qüdrətli bir qüvvəyə çevrildi…
Mən öz tələbələrimlə xalqımızın böyük oğlu Heydər Əliyev barədə, təhlillər əsasında müzakirələr aparmağı çox vacib hesab edirəm. Onun dilimiz, təhsilimiz, elmimiz, ölkəmizin müxtəlif problemləri ilə bağlı dediyi müdrik fikirlərin mahiyyətini başa düşmək üçün fikir mübadiləsi edirik. Bu onlarda öz xalqımıza, özlərinə qarşı inam hissinin xeyli artmasına kömək edir. Hər biri anlayır ki, belə dahi şəxsiyyətlər yetirən xalqımızın potensialı olduqca böyükdür. Belə bir xalqın nümayəndələri olaraq onlar da öz həyatlarında, xalqımızın həyatında mühüm uğurlar qazana bilərlər. Mənim tələbələrim – Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbələri bir-iki ildən sonra xalqımızın yeni nəslinin yetişməsində iştirak edəcək müəllimlər, tərbiyəçiləridir. Onlar indi öz xalqının böyük potensialının olduğuna daha çox inandıqca, gələcəkdə uşaqlar arasında istedadlı, qabiliyyətli olanları daha inamla axtaracaq və onlarda öz potensiallarını oyatmağa kömək edəcəklər.
Mehranə Vəliqızı
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin müəllimi.

Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...