Bakıda yaxın saatlarda güclü külək əsəcək
Tarix: 30-03-2023, 11:30
Baxılıb: 1 537
Google+ Paylaş
Tumblr Paylaş

Bakıda yaxın saatlarda güclü külək əsəcək

30-03-2023, 11:30

Ölkənin bir sıra rayonlarında qərb küləyinin güclənməsi müşahidə olunur.

Bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova faktiki hava şəraiti barədə danışarkən deyib.

O bildirib ki, küləyin maksimal sürəti bəzi bölgələrdə 25-32 m/s-ə çatıb:

"Saat 10.00-a olan məlumata əsasən, Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi 15 m/s-dir. Yaxın saatlarda isə küləyin maksimal sürətinin 18-23, arabir 25-30 m/s-ə çatacağı gözlənilir. Güclü küləkli hava şəraitinin daha iki gün ərzində davam edəcəyi proqnozlaşdırılır. Küləyin maksimal sürəti 32-35, bəzi ərazilərdə arabir 38 m/s-ə çatacağı ehtimalı var. Aprelin 1-i gündüz saatlarından küləyin sürəti tədricən mülayimləşəcək".
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ