Aftandil İsrafilov nə üçün xəstəxanaya yerləşdirildi
Tarix: 27-03-2023, 14:20
Baxılıb: 1 499
Google+ Paylaş
Tumblr Paylaş

Aftandil İsrafilov nə üçün xəstəxanaya yerləşdirildi

27-03-2023, 14:20

Xalq artisti Aftandil İsrafilov yenidən xəstəxanaya yerləşdirilib.

Bu barədə qarmon ifaçısının qızı Həcər deyib.

O bildirib ki, atasının səhhəti yenidən pisləşib:

"Səhhətində bir çox problemlər var. Eyni zamanda ürək çatışmazlığından əziyyət çəkir. Həkimlər xəstəxanada qalmasını məsləhət gördülər. Hazırda müalicə alır".

Qeyd edək ki, A.İsrafilov ötən ilin noyabrında xəstəxanaya yerləşdirilmişdi. Daha sonra evə buraxılan musiqiçi dekabrda yenidən xəstəxanaya gətirilib. A.İsrafilov uzun müddət müalicə aldıqdan sonra evə buraxılmışdı. Qızı onunla bağlı açıqlama verərəkən "Ürəyinin işemik xəstəliyi, mədə-bağırsaq qanaxması var, ayaqları şişib. Bütün bunlar böyrəyə də təsir edib" sözlərini söyləyib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ