Şəhid ailələrinə 8 mart hədiyyəsi
Tarix: 8-03-2023, 21:18
Baxılıb: 1 476
Google+ Paylaş
Tumblr Paylaş

Şəhid ailələrinə 8 mart hədiyyəsi

8-03-2023, 21:18


08 mart 2023- cü ildə Bakının Nərimanov rayonunda yerləşən Gilavar restoranında Azərbaycan  Respublikası  Milli Məclisinin sədr müavini  Adil Əliyevin təşəbbüsü və təşkilatçılığı ilə şəhid analarının , şəhid  atalarının  qazilərin, müharibə veteranlarının, rayon ictimaiyyətinin nümayəndələrinin, incəsənət xadimlərinin , rayon seçicilərinin  iştirakı ilə tədbir keçirilmişdir.

Dövlət himnimiz səsləndirildikdən sonra cəmi şəhidlərimizin xatirəsi  bir dəqiqəlik sükutla yad edilmişdir.
Milli Məclisin sədr müavini Adil Əliyev  tədbir iştirakçılarını salamladı və xanımları 8 mart qadınlar bayramı münasibəti ilə təbrik etdi.
Adil müəllim xüsusilə vurğuladı ki, 44 günlük vətən müharibəsində Ali Baş komandanımızın rəhbərliyi altında milli ordumuz qələbə qazanaraq 28 il yağı tapdağında  inləyən torpaqlarımızı işğaldan azad etdi.Bu qələbənin qazanılmasında biz şəhidlərimizə, qazilərimizə borcluyuq.Əziz şəhid anaları, əziz şəhid ataları ! Siz Vətənə qeyrətli oğullar böyüdüb bəxş etdiniz.Biz hər bir şəhid ailəsinə diqqət və qayğı göstərməyə borcluyuq.
Sonra Adil Əliyev hər bir stola yaxınlaşaraq şəhid ailələri ilə səmimi görüşərək onları dinlədi və vacib məsələlərin həlli istiqamətdə öz lazımı tapşırıqlarını verdi.Çoxsaylı şəhid ailələri ilə millət vəkilimiz  xatirə şəkli çəkdirdi.
Adil Əliyev bizim əyləşdiyimiz stola yaxınlaşaraq şəhid ailələri ilə görüşdü və " Asimana ucalan şəhidlər" adlı kitabımı şəhid Elşən Müslümovin atası Habil Müslümova hədiyyə etdi.
Şəhid atası üçün bu kitab bir sürpriz oldu və sonsuz təşəkkürünü bildirdi.
Tanınmış ictimai xadim həkim Rəşid Mahmudov Adil Əliyevin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışdı və yeni çap olunmuş tibbi kitabını Adil Əliyevə hədiyyə etdi.
Müğənnilər vətənpərvər ruhlu mahnıla oxudular.
Görkəmli aktyor Nurəddin Mehdixanlı və bədii qiraətçi Ağalar Bayram bayram ruhlu şeirlər söylədilər.
Şəhidlərimizin xatirəsinə ehsan süfrəsi verildi və hər bir şəhid ailəsinə bayram sovqatı hədiyyə edildi.
Rauf İlyasoğlu
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ