Elmin Səyyarası
Tarix: 22-02-2023, 14:11
Baxılıb: 1 107
Google+ Paylaş
Tumblr Paylaş

Elmin Səyyarası

22-02-2023, 14:11

Namizədlik dissertasiyası müdafiə edəndə tanıdım onu, Müdafiə Şurasının elmi katibi idi.

Başladı dissertasiyanı, məqalələri incələməyə.

Oranı düzəlt, buranı düzəlt, filan yerdə məqalən çıxmalıdı.. Demək olar ki, bezdim. Bu qədər, hər şeyə elə bil zərrəbdinlə baxmağı gözləmirdim.

Müdafiədən sonra Ali Attestasiya Komitəsinə sənədlər yığılmalıyıdı. Onda da belə etdi, inanın, sənədlərin yığılması sona çatırdı,  hövsələm daha tab gətirmirdi,  az qala bu mərhələdə hər şeydən imtina edəcəkdim..

Nəticə: Müdafə çox asanlıqla və sonra onun təsdiqi gözlənilməz tezliklə gəldi. Anladım ki, hər şeyə dəqiqliklə və məsuliyyətlə yanaşmağının səbəbi bu imiş.. Heç yadımda deyil, o vaxt ona əməlli başlı təşəkkür etdim ya yox.

O elmin özü kimi soyuqqanlı və dəqiqdir.

Keçən il Onu işğaldan azad edilmiş Topxana meşəsini tədqiq edərkən gördük. Dokturantları və ANAMA əməkdaşları ilə.

O vətənpərvər alimdir.

Özünün və xalqımızın ən kiçik uğuruna şükür edir. Türkiyədə zəlzələnin sabahı zəng etdi. Yardım etməli olduğumuzu dedi. Botanika İnstitunun kollektivcə yardımını təşkil etdi. Səsindən hiss etdim ki, təkcə türkçülük, qardaşlıqdan deyil, insani, bəşəri ürəkağrısıyla danışır.

O imanlı bəndə, bir alim kimi ümumbəşəri düşüncəlidir.

Elmi rəhbərliyilə 20- yə yaxın fəlsəfə, 5 elmlər doktoru yetişdirib. Bu elə bütövlükdə elmi tədqiqat institudur.

O botanika üzrə canlı elmi məktəblərdən biridir.

Bu gün onun-professor  Sayyara İbadullayevanın ad günüdür. Təbrik edirik, sağlamlıq və uğurlar arzulayırıq.

Bütün bunları ürəkdən yazdım, axı bir ömrü elmə, bitkilərə, öyrətməyə sərf edən insana qiymət vermək, sağ ol demək lazımdır. Həm də bəzən "alimlərimiz nə iş görür?" kimi mənasız suallar verənlər də oxusun, bilsinlər. Yeniyetmelər, gənclər elm yolu tutmaqda belə alimlərimizdən nümunə götürə bilərlər.

Alimin elmdəki naliyyətləri haqqda qısa məlumat:

Azərbaycan florasında olan Kərəvüzkimilər fəsiləsindən 6 cins, 23 növ və 1 yarımnöv, Dalamazkimilər fəsiləsindən 2 növün ilk dəfə təsvirini vermişdir. 300-ə qədər növün areal xəritəsini tərtib etmişdir.

Baldırğan cinsinin 5 növünün kök və toxumlarından elm üçün yeni 15 fərdi maddə almışdır.

Azərbaycan florasında 85 növdə efir yağı müəyyən etmişdir.

Azərbaycan florasında faydalı bitkiləri etnobotaniki təhlil etmiş, yabanı tərəvəzlərə aid 200, yem kimi istifadə edilən 330, dərman bitkilərindən 500-ə qədər növün areallarını, populyasiyalarının müasir vəziyyətini və bitkilik tipində rolunu müəyyənləşdirmişdir.

Bütöv Azərbaycan regionu (İran İslam Respublikası və Azərbaycan Respublikası) üzrə xalq təbabəti üsullarının eyniliyini sübut edən "Folk medicine" kitabını nəşr etmişdir.

Səyyara İbadullayeva 250-yə qədər elmi əsərin, o cümlədən, 15 kitabın və 100-ə qədəri xaricdə çap olunmuş elmi məqalənin müəllifidir.


Sadıq Qarayev

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ