300 manatla bir ay dolanmaq olarmı?
Tarix: 3-02-2023, 11:16
Baxılıb: 2 478
Google+ Paylaş
Tumblr Paylaş

300 manatla bir ay dolanmaq olarmı?

3-02-2023, 11:16

Metro və avtobuslarda gediş haqlarının  qaldırılması əhalinin onsuzda iş tapa bilməyən   təbəqələrini  çətin duruma salmışdır.Ərzaq və yeyinti məhsulları  da günü - gündən qalxır.
Gənclər iş tapa bilmir.
Hansı ki, uşaq pulu almadan böyümüş gənclərimiz idi bizə qələbə sevincini yaşadan.Yeni iş yerləri açmaq hökumət rəhbərlərini  niyə düşündürmür?
Sosial durum ayda 300 manat maaş və ya pensiya  alan  vətəndaşlara  ikiqat pis təsir edib.
300 manat aylıq məvacibin yarısı kommunal və internet  xərclərinə ,yarı hissəsi isə gediş haqqına sərf olunur. 300 manatdan az pensiya və ya müavinət alan vətəndaşlar isə dilənçi kökünə salınıb.
Yaltaq məmurlar isə dövlətin pensiya islahatlarını bəh bəhlə alqışlayırlar.  Toxun acdan nə xəbəri var?
Kasıblar narazılıq edəndə öyrədilmiş xor kapellası işə düşür; Pensiya islahatlarından ağız dolusu danışırlar.
Ölkədə müharibə vəziyyətidir, ay nəbilim iqtisadi böhrandır və sair, deyib baş qatırlar.
ƏƏSMN - nin sözçüləri isə bildirirlər ki, beş il ərzində əmək haqları beş dəfə artırılıb.
Ölkədə bahalaşma 100 faiz artdığı halda ,dövlət pensiya və maaşları beş manat , sonra yeddi manat , daha sonra on manat, indi isə
on beş manat artırıb.
Onda belə sual ortaya çıxır; 5 il əvvəl 100 manat pulun dəyəri 2022- ci illə müqayisədə 50 manat civarına düşüb.
Mütəxəssislər xarici ölkələrdə kommunal xərclərin daha baha olduğunu bildirəndə, bir məmur  demir ki, ay bədbəxt oğlu , xaricdə verilən əmək haqqını və pensiyanı bura gətir də.
Xarici ölkələrdə kommunal və nəqliyyat  xərcləri  baha olsa da orda minimum  pensiya azı  beş-  on min dollar civarındadır.Bu isə bir ailənin  bir ay normal yaşamasına  çatır. Aldığımız iki yüz manat pensiya isə  bir ailənin bir həftəlik normal bazarlığına çatmır.
Maliyyə nazirliyi və və Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi  hesabat hazırlayıb Prezidentə təqdim edirlər.
Prezident də nazirlərə inanıb sərəncam imzalayır.
Prezidentin yan yörələrində olanlardan biri də dillənmir ki, bu düz deyil. 
Burda bir incə məsələni bildirim:
"Məsələn ; tutaq ki ,mən əlilliyi görə  210 manat pensiya alıram.
37 il iş stajım var.
Dostum Əli isə əlilliyə görə 130 manat pensiya alır. Əlinin  əmək stajı 15 ildir, mənim əmık stajım isə 37 ildir.
Prezidentin Sərəncamına görə  minumum pensiyalar 200 manat qaldırılanda ,130 manat pensiya alan Əlinin pensiyası 200 manat oldu.
Mənim pensiyam isə 210 manat yerində qaldı.Bu artım 200 manatdan yuxarı pensiya alanlara şamil edilmədi".
Ədalət prinsipi də  burdan pozuldu.37 il stajı olanla 15 il əmək stajı olan arasında fərq qoyulmadı.
Milli Məclisdə bu məsələ gərək  qaldırılmalıydı. Amma kim ?
Deputata maaşının iki -üç misli qədər əlavə " paket " verilirsə, onda deputat ağrımayan  başın niyə ağrıtmalıdır ki?
Məmurlar dövlət xəzinəsini talayırsa, bazarda alverçilər də tərəzidə aldadır.
Əgər iş yerləri açılarsa vətəndaşlar ailəsini dolandırmaq üçün işləyər. Nə qədər ki iş yerləri açılmayıb   insanlar cinayətə, oğurluğa meyl edirlər.
Allahı yaddan çıxardanda , Allah da bəla göndərir, qəzalar, ölüm halları çoxalır, müharibələr olur, qırğınlar törənir. Axırda da Allahı günahkar sayırıq.
Belə yaramaz hörmətli məmurlar, hörmətli  hökumət rəhbərləri.
Unutmayaq ki, rəiyyəti dolandıran rəhbər işçilərin xeyirxah insanların adları tarix boyu iftixarla çəkilir.
Qəhrəman xalqın övladlarının   yaxşı yaşamağa haqqı çatır.
Rauf İlyasoğlu
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ